Bu günlərdə paparazzilərə yeni nəsil BMW M8 modelinin seriya variantının şəkilini çəkmək qismət olub. Avtomobili Cənubi Afrika Respublikasında çəkiblər. Şəkillərdə göndərilməyə hazır olan avtomobilin ön və arxa hissəsi əks etdiribdir.
Yeni M8 kupesinin M850i modelindən daha aqressiv aerodinamik kuzov dəstinə malik olduğu aydın nəzərə çarpır. Üstəlik, baqaj qapağındakı emblem qarşımıza M8 Copmetititon modifikasiyasının olduğundan xəbər verir.
Bir müddət bundan öncə, Münhen istehsalçısı M8 modeli barədə müəyyən məlumat yayıb. «Bərkgedən» kupe həm standart, həm də Competition hardkor versiyasında təklif ediləcəkdir. Kupe və kabrioletdə vakkum əyləclərindən imtina ediləcəkdir. Onları sistemdə təzyiqi və gücü tənzimləyən xüsusi elektrik aktuatorlar əvəzləyəcəkdir.
Marka nüməyəndələri yeni «elektron» əyləc sisteminin xüsusi olaraq M-modelləri üçün hazırlandığını bildirirlər. Bu sistem həm standart «metal», həm də karbon-saxsıdan hazırlanmış əyləclər üçün uyğundur. Aktuatorlar əyləclərin daha incə tənzimləməsini, daha yaxşı əks əlaqəni və ümumi iş sürətini təmin edirlər. Bunun sayəsində nəinki əyləc sistemi pedalın basılmasına yeyin reaksiya verir, o həmçinin yardımçı elektronikanın da yeyin işə düşməsinə rəvac verir. Bundan başqa, vakkum gücləndiricisindən imtina avtomobilə iki kiloqram çəki artmağa imkan verib.
Əyləc sisteminin tənzimləmələri və pedaldakı güc seçilmiş hərəkət rejimindən (Comfort və ya Sport) aslı olraq dəyişir. Bundan baqşa, BMW M8 mərkəzi konsolda quraşdırılmış Setup düyməsinə də sahib olacaqdır ki, bu düymə vasitəsi ilə avtomobilin daha dəqiq tənzimlənməsi menyusunu çağırmaq mümkün olacaqdır. Bununla bərabər ənənəvi M-rejimi də təkmilləşdiriləcəkdir. Bu menyuda nəinki avtomobilin tənizmləmələri daha idman tənizmləmələrinə keçəcək, həmçinin cihazlar panelində və proyeksiya displeyində əks etdirilən məlumatın xarakteri də dəyişəcəkdir.