BMW şirkəti yeni nəsil M8 kupe və kabrioletini təqdim edib. M8 modeli iki versiyada - standart və ekstremal Competition modifikasiyalarında debüt edib.
BMW M8 modeli M5 sedanından götürülmüş 600 at qüvvəsi və 750 Nm fırlanma anı hasil edən 4,4-litrlik V8 biturbo mühərriki, səkkiz pilləli avtomatik qutu və ön oxu məcburi ayıran M xDrive tam ötürməli çəkiş sistemi ilə təchiz olunur. İki avtomobil arasındakı fərq yalnız bu sistemlərin tənzimləmələrindədir. M8 Competition modifikasiyasında güc aqreqatı 625 at qüvvəsi hasil edir. Əlavə olaraq, ekstremal variant mühərrikin daha sərt dayaqlarına və daha «sərbəst» buraxılış sisteminə sahib olub.
BMW M8 kupesi 100 km/saat həddinə 3,3 saniyəyə, M8 Competition isə 3,2 saniyəyə sürətlənir. Kabrioletlərdə bu rəqəmlər, müvafiq olaraq, 3,4 və 3,3 saniyə təşkil edir. 200 km/saata sürətlənmə isə, versiyadan aslı olaraq, 10,6 - 11,3 saniyə təşkil edir. Məlum məsələdir ki, M8 modelinin maksimal sürəti elektronika tərəfindən 250 km/saat həddində məhdudlaşdırılıb. M Driver’s Package dəstinin sifarişi halında bu həddi 305 km/saata çəkilir.
M8 modelləri standart olaraq adaptiv asqı və 20-düymlük təkər diskləri ilə təchiz edilir. Üstəlik, avtomobilin arxa şinləri öndəkilərdən enlidir. M8 Competition modeli daha sərt asqı elementləri və yüngül döymə üsulu ilə hazırlanmış təkər diskləri təchiz edilir. Standart əyləc sistemi öndə altıporşenli, arxada isə birporşenli mexanizmlərə, 395 və 380 millimetrlik disklərə malikdir. Əlavə ödənişlə ön tərəfdə 400 millimetrlik diskləri olan karbon-saxsı əyləc mexanizmlərini quraşdırmaq olar.
«Bərkgedən» kupe və kabrioletdə vakkum əyləclərindən imtina edilib. Onları sistemdə təzyiqi və gücü tənzimləyən xüsusi elektrik aktuatorlar əvəzləyib. Marka nüməyəndələri yeni «elektron» əyləc sisteminin xüsusi olaraq M-modelləri üçün hazırlandığını bildirirlər. Bu sistem həm standart «metal», həm də karbon-saxsıdan hazırlanmış əyləclər üçün uyğundur. Aktuatorlar əyləclərin daha incə tənzimləməsini, daha yaxşı əks əlaqəni və ümumi iş sürətini təmin edirlər. Vakkum gücləndiricisindən imtina avtomobilə iki kiloqram çəki artmağa imkan verib. Əyləc sisteminin tənizmləmələri və pedaldakı güc seçilmiş hərəkət rejimindən (Comfort və ya Sport) asılı olaraq dəyişir.
Bundan baqşa, BMW M8 mərkəzi konsolda quraşdırılmış Setup düyməsinə də sahib olubdur ki, bu düymə vasitəsi ilə avtomobilin daha dəqiq tənzimlənməsi menyusunu çağırmaq mümkündür. Bununla bərabər ənənəvi M-rejimi də təkmilləşdirilib. M-mode düyməsinin köməkliyi ilə sürücü quraşdırılmış rejimlərdən - Road və Sport, birini seçir. M8 Competition versiyasında isə, bu siyahıya Track rejimi də əlavə olunub. Əlavə olaraq, sükandakı qırmızı M-düymələrinə fərdi tənzimləmələri «yazmaq» olar.
BMW M8 modeli adi 8-Series modelindən başqa bamper və güzgülər, genişləndirilmiş təkər tağları, ön qanadlardakı böyüdülmüş «qəlsəmələr» və baqaj qapağındakı kiçik spoyler ilə fərqlənir. Karbondan dam modelin standart təchizatına daxil edilib. M8 modelinin salonunun xüsusiyyətləri ötürmələr qutusunun başqa selektorundan, dəyişdirilmiş sükan çarxından və cihazlar panelinin əlavə qrafik rejimlərindən ibarətdir.
BMW M8 ailəsinin satışlarına bu ilin payızında başlanacaqdır. «Bərkgedən» modelin kütləvi təqdimat mərasimi Frankfurt avtosalonunda keçiriləcəkdir. M8 modellərinin Avropadakı satış qiymətləri 180 min avrodan başlanacaqdır. Sonradan M8 ailəsinin daha bir üzvü - M8 Gran Coupe də təqdim ediləcəkdir.