Ötən il BMW qrupu (Mini və Rolls-Royce də daxil olmaqla) dünya üzrə 2.522.000 avtomobil satıb. Bunlardan yalnız 104 mini elektromobil və 224 mini akkumulyatorla işləyən hibridlərdir. Yəni, bütün elektrikləşdirilmiş avtomobillər ümumi satışların 13 faizini təşkil edib. Lakin 2030-cu ilə qədər Bavariya konserni elektrik avtomobillərinin (onlar tələbatın yarısını təşkil edəcəkddir) satışını ildə 1,5 milyon ədədə çatdırmaq niyyətindədir, Mini və Rolls-Royce brendləri isə, tamamilə elektrik ötürməsinə keçəcəklər. Elektrikləşdirmə sahəsindəki ən əhəmiyyətli addım isə, dəbli iFactory adına malik olan yeni zavodun işə salınması olacaqdır.
Yeni müəssisə Macarıstanın şimalındakı Debrezen şəhərinin yaxınlığında yerləşəcəkdir. Tikintiyə bu il iyun ayının 1-də başlanacaq, 26 aydan sonra (yəni 2024-cü ilin avqustunda) isə, burada elektromobillərin sınaq istehsalına başlanmalıdır. Macarıstandakı zavodun konveyerindən çıxan ilk model BMW iX1 krossoveri, yəni növbəti nəsil X1 modelinin batareyalı versiyası olacaqdır. Yeni ailə bu ilin sonunda təqdim olunacaq, lakin ilk mərhələdə iX1 modelinin istehsalı Almaniyanın Regensburq şəhərində, hazırda X1modelinin istehsal olunduğu zavodda yerləşdiriləcəkdir.
2025-ci ildə isə iFactory müəssisəsi BMW Neue Klasse avtomobillərinin, yəni “yeni sinif” modellərinin əsas istehsal meydançasına çevriləcəkdir. Alman istehsalçısının planlarda modul platformasında inşa ediləcək elektromobillərin ən geniş çeşidi var: hazırkı 2 Series modelinin analoqundan başlamış BMW X7 ölçüsündə krossoverlərə qədər. “Yeni sinifin” ilk modeli 2025-ci ildə debüt edəcək adi 3 Seriies modelinin elektrik analoqu olacaqdır - bu, zavoddaxili kodu NK1 olan və 700 kilometrlik yürüş ehtiyatı vəd edilən orta ölçülü sedandır.
Hələlik isə, BMW mövcud platformalarda inşa edilən elektromobilləri hazırlayır: bu il iX1 krossoveri ilə yanaşı BMW i7 flaqmanı və Çin üçün BMW i3 sedanı işıq üzü görəcək, 2023-cü ildə isə BMW i5 modeli hazır olacaqdır.
© Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.