BMW M bölməsinin rəhbəri Frank van Mil mexaniki transmissiyaya üstünlük verən sürücülərin xatirinə belə ötürmələr qutusunu qoruyub saxlayacağına söz verib. “Autocar” nəşrinə verdiyi müsahibədə top menecer, texniki baxımdan mexaniki ötürmələr qutusunu xilas etməyin mənasız olduğunu etiraf edib, çünki üç pedallı versiyalar həm dinamika, həm də yanacaq sərfiyyatı baxımından iki pedallı versiyalardan geri qalır. Bununla birlikdə, marka fanataları həqiqətən mexaniki transmissiyanı çox bəyənirlər və müştərilər belə modifikasiyanı almağa hazırdırlar. Buna görə də, BMW bu opsiyanı saxlamağa çalışacaqdır.
BMW M pərəstişkarları üçün mexaniki transmissiyanın əhəmiyyətini cari nəsil M2 modelinin satış statistikası nümayiş etdirir. Frank van Mil arxa ötürməli kupelərin yarısının mexaniki transmissiya ilə alındığını bildirib. Ən maraqlısı odur ki, üçpedallı M modellərinin pərəstişkarlarının əksəriyyəti ABŞ-da yaşayır - Yeni Dünyadakı müştərilər mexaniki qutu üçün əlavə ödəniş etməyə hazırdırlar.
BMW M rəhbəri hesab edir ki, mexaniki qutu sürücüyə öz bacarıqlarını nümayiş etdirməyə imkan verir, ona görə də, Bavariya avtomobil istehsalçısı bu opsiyanı saxlamağa çalışacaqdır. Porsche də bənzər mövqe nümayiş etdirir. Amma bavariyalıların digər alman rəqibi - Mercedes-Benz gələn il istehsal xərclərini azaltmaq bəhanəsi ilə, mexaniki ötürmələr qutusundan imrina edəcəkdir.
Növbəti nəsil BMW M2 modeli mexaniki ötürmələr qutusunu saxlayacaq və sırf daxili yanma mühərriki ilə təchiz edilən sonuncu M modeli olacaqdır. Arxa ötürməli “bərkgedən” yığcam kupenin debütü bu il baş tutmalıdır. Yeni BMW M2 modeli cari ilin dördüncü rübündə satışa çıxmalıdır.
© Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.