BMW şirkəti model sırasının adının tam dəyişdirilməsinə hazırlaşır. Şirkət Almaniyada yığcam modellərdən tutmuş böyük krossoverlərə qədər bütün xətti əhatə edən 48 yeni birləşməni patentləşdirilib. Seriya və mühərrik növünə (benzin, dizel və ya hibrid) görə adlandırma tarixə çevrilmək riskini daşıyır: i hərfi sərnişin elektromobillərinə, X hərfi yanacaqlı krossoverlərə, iX prefiksi isə elektrik krossoverlərinə veriləcəkdir. Rəqəmsal indeks isə dolayı yolla gücü göstərir.
“CarBuzz” portalı yeni indeks sistemini araşdırmağa cəhd edib. Hələlik rəsmi açıqlama verilmədiyindən jurnalistlər öz mülahizələri ilə bölüşüblər. Güman edilir ki, elektrik 7-Series ailəsi i740, i750 və i760, yanacaqlı X7 krossoverləri X740, X750 və X760, onların elektrik analoqları isə iX740, iX750 və iX760 adlandırılacaqlar.
Əgər müqayisə aparsaq, o zaman yeni işarələmə sistemindəki X7 xDrive50i versiyası X750, iX xDrive50 - iX550, i4 eDrive40 isə i440 adlandırılmalıdır. Ola bilsin ki, xDrive şəkilçisi tam ötürməni bildirmək üçün ayrıca tətbiq edilsin. Yanacaqla işləyən sərnişin modellərinə gəlincə, adi indekslər yəqin ki, yaxın gələcəkdə də qalacaqlar, yəni növbəti nəsil 5-Series hibrid (530e), benzin (530i) və ya dizel (530d) qurğuları ilə təklif edilə bilər.
Hələlik cavablardan daha çox suallar var, çünki patentdə M hərfi olan yeganə model - M350 versiyasıdır. Çox güman ki, yeni BMW indekslərinin strukturu yalnız elektrik avtomobillərinin (və onların modifikasiyalarının) sayının əhəmiyyətli dərəcədə artacağı bu onilliyin sonunda açıqlanacaqdır.
© Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.