BMW şirkəti iDrive multimedia sistemlərinin funksional imkanlarının genişləndirildiyi barədə məlumat yayıb. Belə ki, bu ilin payızından başlayaraq multimedia sistemi Skype mesenceri ilə təmin ediləcəkdir ki, bu da avtomobildən birbaşa danışmaq imkanı verəcəkdir.
Gələcək onlayn-görüşlər haqqında məlumat multimedia sisteminin ekranında əks etdiriləcəkdir.
Danışıqlara qatılmaq üçün sürücüyə iDrive susteminin joystikinə basmaq kifayətdir. Bundan başqa, BMW şirkətinin multimedia sistemləri Microsoft Exchnage sistemini də əldə edəcəkdirlər. Bu əlavə təqvim, poçt və kontaktları mobil qurğu və kompyüterlərlə sinxronizasiya etməyə imkan verir. Bu sistem avtomobillərin sahibləri səslə idarəetmə sistemi vasitəsi ilə elektron məktublar yaratmaq şansı verəcəkdir. Bundan əvvəl Toyota şirkətinin də multimedia sistemlərini təkmilləşdirdiyi haqqında məlumat verilmişdir. Belə ki, amerikan bazarı üçün nəzərdə tutulmuş yeni nəsil Camry sedanı Linux əməliyyat sisteminin əsasında yaradılmış məlumat-əyləncə kompleksi ilə təchiz ediləcəkdir.
Yeni platforma Automotive Grade Linux (AGL) adını almışdır.