BMW Motorrad şirkəti Milanda keçirilən EICMA motosərgisində motosikllər üçün nəzərdə tutulmuş electron cihzlar panelini təqdim etmişdir. Alman istehsalçısının gələc modellərində quraşdırılacaq yeni cihazlar paneli rəngli TFT-displeydən ibarət olacaqdır.
Sürət, ötürmə və yanacaq ehtiyatı haqqında ənənəvi məlumatlarla yanaşı, ekranda naviqasiya sistemi və birləşdirilmiş mobil telefonun göstəriciləri də nümayiş etdiriləcəkdir. Sistem ayrıca düymələr bloku vasitəsi ilə idarə ediləcəkdir. Bu komplekslə birlikdə BMW şirkətinin istehsalı olan şlem də işləyə biləcəkdir. Şlemə mikrofon və dinamiklər quraşdırılmışdır ki, bud a baykerə telefon zəngləri etməyə, musiqiyə qulaq asmağa və naviqasiya sisteminin tövsiyələrini dinləyə bilər.
Bu sistemin nə zaman tətbiq ediləcəiyi məlum deyildir.