RM Sotheby's hərrac evinin Almaniyanın Essen şəhərində keçiriləcək hərracında unikal bir avtomobil satışa çıxarılacaqdır. Bu, yeganə nüsxədə mövcud olan Hartge F1 sedanıdır. Avtomobil 1988-ci ildə inşa edilib və BMW M1 modelindən götürülmüş mühərriki olan Mercedes-Benz 300E (W124) sedanıdır.
Rolf və Andreas Hartge qardaşları tərəfindən 1971-ci ildə əsası qoyulmuş Hartge atelyesi, 2019-cu ilin ortalarında fəaliyyətini dayandırıb.Atelye BMW, MINI və Range Rover modellərinin tüninqi ilə məşhurlaşmışdı. Atelyeni məşhur edən avtomobillərin ölçülərinə uyğun olmayan çox litrlik BMW mühərriklərinin quraşdşrılması idi. Məsələn, qardaşlar tez-tez 5 Series modelinin mühərriklərinin 3 Series modellərinə quraşdırmağı sınaqdan çıxarırdılar. Lakin, bu təcrübənin sərhədlərini aşan təcrübələrdən biri Hartge F1 sedanı olub - qardaşlar Mercedes-Benz 300E sedanını BMW M1 modelindən götürülmüş mühərrik ilə təchiz ediblər.
Hartge qardaşları standart sedanı M1, M 635 CSi və BMW M5 (E28) modelində quraşdırılan 3,5-litrlik BMW M88 sıralı altısilindrli mühərriki ilə təchiz etmək qərarına gəliblər. Adi mühərrik 260-286 at qüvvəsi hasil edirdi, lakin Hartge qardaşları bunun yetərli olmadığını düşünürdülər: mühərrik iş həcmi və sıxılma nisbəti bir qədər artırılıb və nəticədə hasilat 330 at qüvvəsinə yüksəlib. Eyni zamanda, 300E modelini ilk nəsil BMW 6 Series (E24) modelindən götürülmüş 6-pilləli mexaniki transmissiya və Bilstein idman asqısı ilə təchiz ediblər.
Yeganə nüsxədə inşa edilən Hartge F1 modeli atelyenin ən bahalı və ultimativ avtomobili olub. Avtomobil orijinal, bərpa olunmamış vəziyyətdədir. Üstəlik, onun satış qiyməti hələ də açıqlanmayıb.