2024-cü ilin başlıca və bəlkə də ən çox gözlənilən premyeralarından biri “bərkgedən” BMW M5 modelinin yeni nəsli olacaq. Qeyd etmək gərəkdir ki, adi sedanla yanaşı, brendin tarixindəki üçüncü “bərkgedən” universal - BMW M5 Touring modeli də debüt edəcək. Alman avtomobil nəhəngi bu yaxınlarda tizer kampaniyasını aktivləşdirib, bu isə, yeniliklərin təqdimatının yaxınlaşdığına işarə edir. Premyeranın avqustun 15-də, ABŞ-da hər il keçirilən Pebble Beach Automotive Elegance Concours zəriflik müsabiqəsi çərçivəsində baş tutacağı ehtimal olunur.
Bavariya brendinin M bölməsinin baş direktoru Frank van Mil avtomobili Kaliforniyada şəxsən təqdim edəcək, ona görə də qarşıdan gələn premyeranın statusu kifayət qədər yüksəkdir. Avtomobil haqqında heç bir məlumat verilməyib - yalnız BMW şirkətinin “M bölməsinin tarixindəki yeni güclü fəsli açmağa” hazırlaşdığı və brendin pərəstişkarlarını “tamamilə xüsusi bir sürprizin” gözlədiyi bildirilir.
Çox güman ki, alman brendi həqiqətən də yeni nəsil BMW M5 sedanını nümayiş etdirəcək. Universalın da debütü istisna olunmur, çünki adi sedan və universallar artıq ABŞ-da satışa çıxarılıblar. Statusa uyğun olan başqa premyeralar yoxdur, lakin BMW M8 modelinin xüsusi versiyasının, ya da “bərkgedən” konseptin debütü də istisna olunmur.
@ Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Məqalədən istifadə zamanı sayta istinad etmək mütləqdir.