BMW M idman bölməsi sosial şəbəkələrdəki hesablarında konseptual Concept XM superkrossoverinin şəklini dərc edib. Konseptin seriya versiyası alman brendinin ən güclü krossoveri olacaqdır. Keçən ilin sonunda təqdim edilən avtomobilin şəkli ilə yanaşı, şirkət izləyicilərindən yeni avtomobillə hara getmək istədiklərini soruşub. Alman brendinin əksər pərəstişkarları avtomobili sərt tənqid edib və brend ilə məzələniblər.

Şirkətin abunəçilərindən biri BMW Concept XM modelini birbaşa ağaca vurmağın gərək olduğunu və bundan sonra krossover daha yaxşı görünəcəyini yazıb. Alman brendinin başqa bir pərəstişkarı ilk növbədə krossoveri ilə ən yaxın Porsche dilerinə yollanaraq, orada onu “normal avtomobillə” dəyişdirəcəyini söyləyib. Başqa bir şərhçi heç zaman qorxunc Concept XM modeli ilə rastlaşmayacağı bir yerə getmək istərib.

Digər cavablar arasında avtomobili məhv etmək üçün zibilxanaya getmək, həmçinin onu BMW dizaynerlərinin işlədiyi ofisə apararaq “ağıllarının yerində olub-olmadığını” soruşmaq kimi cavablar da var. Bəzi internet istifadəçiləri avtomobilin nəhəng “burun dəliklərinə” lağ edərək, daha da böyük radiator barmaqlığı olan avtomobil almaq istədiklərini bildiriblər.

Bütün bu neqativə baxmayaraq, avtomobil istehsalçısı müsbət cavablar da alıb. Bununla birlikdə, markanın pərəstişkarları seriya krossoverinin dizaynının daha yaxşı olacağına ümid etdiklərini bildiriblər.

Yanvarın əvvəlində alman markasının keçmiş dizayneri konseptual BMW Concept XM krossoverinin eksteryer dizaynını tənqid edilib. Mütəxəssis, indiki dizaynerlərin “ağlllarını itirdiklərini” ehtimal edib.

© Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.