BMW şirkətu bu ayın sonunda işinə başlayacaq Los-Anjeles avtosalonunda yeni nəsil 3-Series sedanının “qaynar” M340i modifikasiyasını təqdim edəcəkdir. Bu modifikasiya yeni M3 modelinin təqdimatına qədər təklif edilən ən güclü 3-Series sedanı olacaqdır.
Beləliklə, BMW M340i/M340i xDrive modeli 382 at qüvvəsi və 500 Nm fırlanma anı hasil edən 3,0-litrlik sıralı altı silindrli biturbo mühərrik ilə təchiz ediləcəkdir. BMW M340i modelinin mühərriki əvvəlki modeldə olduğundan 25% daha yüngüldür. Güc aqreqatı səkkiz diapazonlu avtomatik ötürmələr qutusu ilə tandemdə çalışacaqdır. Sedan çəkinin oxlar arasında 50:50 nisbətində bölünməsinə sahib olacaqdır. Ötürmələr qutusu hərəkətin xarakteri və marşruta uyğunlaşır - bunun üçün o naviqasiya sisteminin məlumatlarından və aktiv kruiz-kontroldan istifadə edir.
Bavariya istehsalçısı avtomobilin dinamik xarakteristikalarını tam açıqlamasa da, M340i xDrive sedanının 100 km/saat həddini 4,4 saniyəyə toplayacağını bildirib. Bu hazırki M3 modelində olduğundan 0,3 saniyə yeyindir. “Qaynar” sedanın maksimal sürəti məlum məsələdir ki, 250 km/saat həddində məhdudlaşdırılacaqdır.
M340i modelinin standart təchizatına təkmilləşdirilmiş M Sport asqısı, 10 millimetr azaldılmış klirens, dəyişən ötürmə əmsalı olan sükan mexanizmi, MSport əyəc mexanizmləri, gərək olduqda fırlanma anının əksər hissəsini arxa oxa ötürən Performance Control sistemi və elektronika ilə idarələnən differensial daxildir. Opsional olaraq elektronika idarələnən amortizatorları olan adaptiv asqını da sifariş etmək olar.
BMW M340i modelinin ABŞ-dakı satışları gələin ilin yayında başlanacaqdır.