BMW şirkəti 8 Series kupesinin Golden Thunder adlı məhdud saylı versiyasını nümayiş etdirib. Kupe, kabriolet və Gran Coupe modellərinin "qızıl" modifikasiyası 2020-ci ilin sonunda satışa çıxarılacaqdır.
BMW 8 Series Golden Thunder Edition modifikasiyası qızıl rəngli dekoru və standart M idman paketi ilə fərqlənir. Ön və arxa bamperlər, həmçinin yan ətəklər də qızılı rəngli zolaqlarla bəzədiliblər. Bundan əlavə, model "qızılı" 20-düymlük təkər disklərini, yan güzgü gövdələrini və spoyleri də əldə edib. Kupenin kuzovu qara Sapphire Black və ya tutqun qara Frozen Black "metal" çalarları ilə rənglənə bilər.
Məhdud seriyadan olan kupelərin salonu qara rəngli merinosun dərisi ilə üzlənir. Ön kresloların başlıqlarda Edition Golden Thunder sözləri həkk edilib. İnteryerin "qızılı" dizaynı alkantara tavan, həmçinin mərkəzi konsol və tuneldəki qızıl hörmə effekti olan alüminium işləmələr ilə tamamlanır. Bundan əlavə, xüsusi versiya şüşədən işləmələri olan idarəetmə düymələri və həcmli səsi olan multimedia sistemi ilə təchiz edilibdir.
BMW 8 Series Golden Thunder Edition xüsusi versiyası bütün kuzov növləri üçün əlçatan olacaqdır. Məhdud seriyadan olan avtomobillərin seriya istehsalına bu ilin sentyabrında Dinqolfinqdəki zavodda başlanacaqdır.Xüsusi versiyanın qiyməti hələlik açıqlanmayıb.