Avropa ittifaqının komissiyası BMW Group konsernini bir milyard avro məbləğində cərimə edə bilər. Əgər Münhen konserninin digər alman istehsalçıları ilə əlbir olaraq rəqabəti və daha ekoloji təmiz avtomobillərin yaradılmasını məhdudlaşdırdığı sübut olunarsa, bu cərimə tətbiq olunacaqdır. Bu isə, öz növbəsində, birinci rübün maliyyə nəticələrinə mənfi təsir göstərəcək və planlaşdırılan rentabelliyi 1-1,5% azaldacaqdır.
BMW, Daimler və Volkswagen konsernlərinə qarşı ittihamlar keçən ilin yanvarında irəli sürülüb. Avrokomissiya onları kartel sövdələşməsində, həmçinin dizel və benzin avtomobillərinin işlənmiş qazlarının iki təmizləmə texnologiyasına girişi məhdudlaşdırmaqda şübhəli bilir.Müsbət qərar qəbul edilməsi halında şirkətləri ciddi cərimələr gözləyir.
BMW rəhbərliyi bu cərimənin bir milyard avro olacağını ehtimal edir. Daimler isə, cəzalanmayacağından əmindir, çünki, konsern özü Avrokomissiyanı bu sövdələşmə barədə xəbərdar edib. Volkswagen isə, cərimənin məbləğini azaltmağa müvəffəq olacağından əmindir.
Xatırladaq ki, “dizelgeyt” Volkswagen konserninə 29 milyard avroya başa gəlib. Bundan başqa, səymayədarlar və “çirkli” avtomobillərin sahibləri alman şirkətindən 10 milyard tələb edirlər. Daimler isə artıq Avropada 774 min avtomobili geri çağırıb. BMW isə, aldadıcı proqram təminatının təsadüfi tətbiqinə görə 8,5 milyon avro cərimə ödəyib.