BMW şirkəti Şanxayda keçirilən avtosalonunda 7 Series sedanın məhdud saylı Shining Shadow Special Edition versiyasını təqdim edib. Xüsusi seriyanın əsas cəhəti iki rəngli kuzovdur. Bənzər bir boyama sxemi Mercedes-Maybach modelləri üçün istifadə olunur.
Xüsusi versiya üçün əsas olaraq, uzunluğu 5,26 metrə çatan uzunbazalı BMW 760 Li xDrive modeli götürülüb. Şirkət, sedanın kuzovunu iki rəngə - yuxarı hissəni gümüş, aşağı hissəni isə tünd qırmızı rəngə boyanıb. Şirkət nümayəndələri kuzobu rəngləmək üçün təxminən bir həftə vaxt lazım olduğunu söyləyiblər. BMW 7 Series Shining Shadow modeli orijinal dizaynı olan 15 milli təkər diskləri və maksimal təchizatı ilə seçilirlər.
Salon tərtibatında tikişləri olan ağ rəngli dəridən və laklı ağacdan dekorativ işləmələrdən istifadə olunur. Bütün oturacaqlar masaj funksiyasına malikdirlər, ikinci sıradakı sərnişinlər üçün ön oturacaqların arxasında quraşdırılmış ekranlar nəzərdə tutulub. Xüsusi seriyadan olan sedanlar 585 at qüvvəli 6.0-litrlik V12 mühərriki ilə hərəkətə gəlirlər. Flaqman sedanı 100 km/saat həddinə süətlənməyə 3.8 saniyəyə sərf edir.
Çin bazarında satılacaq BMW 7 Series Shining Shadow sedanı 25 nüsxəlik məhdud sayda tirajla buraxılacaqdır. İkirəngli 7 Series sedanının qiyməti 2,6 milyon yuandır (680 min manat).