BMW şirkəti yeni iX3 krossoverinin ilk nümayəndəsi olduğu Neue Klasse xəttini genişləndirmək üçün gələn ilin sonuna qədər təxminən 40 avtomobil buraxmaq niyyətindədir. İndiyə qədər yalnız bir neçə model rəsmi olaraq elan edilsə də, şirkətin saytındakı böyük bir sızma Münxenin 2027-ci il model ilində ABŞ bazarı üçün hansı modelləri hazırladığını ortaya çıxarıb.
Şirkətin ABŞ-dakı onlayn mağazasında təsadüfən 2-ci seriyadan tutmuş 7-ci seriyaya qədər gələcək modellərin portfeli sızdırılıb. Şübhəsiz ki, ən maraqlı yeniliklərdən biri M2 xDrive modelidır. BMW şirkətinin ən kiçik M-avtomobilinə tam ötürmə sistemini quraşdıracağı barədə şayiələr uzun müddətdir ki, dolaşmaqdadır və indi bu məlumat öz təsdiqini tapıb.
M2 hazırda xDrive sistemi olmayan yeganə M modelidir, lakin bu çatışmazlığa 2027-ci ildə son qoyulacaq. Məntiqə əsaslansaq, belə versiyanın yalnız avtomatik transmissiya ilə təklif ediləcəyini gözləmək gərəkdir. Bununla belə, puristlərin narahatçılığına heç bir əsas yoxdur: arxa ötürməli və mexaniki transmissiyalı adi M2 kupesi model çeşidindəki öz yerini qoruyacaq.
Əlbəttə ki, M2 xDrive versiyası daha bahalı olacaq. Məlumat üçün qeyd edək ki, M4 Competition ilə onun tam ötürməli versiyası arasında 5100 dollar fərq var. 2026-cı ilin M2 modeli 70.350 dollara başa gəlir, buna görə də 2027-ci ilin M2 xDrive versiyasının qiymətinin təxminən 75.000 dollardan başlayacağı təəccüblü gəlməsin.
Mürəkkəb konstruksiya çəkinin artmasına gətirib çıxarmalıdır. Müqayisə üçün, xDrive sisteminə malik olan M240i arxa ötürməli analoqundan təxminən 55 kiloqram ağırdır. Hər iki M2 variantının bu nəslin sonuna qədər istehsal olunacağı gözlənilir və cari nəslin 2029-cu ilin ortalarında təqaüdə göndərilməsi planlaşdırılır.
Lakin BMW USA bölməsinin internet mağazasındakı kütləvi məlumat sızması təkcə M2 xDrive modelindən ibarət deyil. 3-cü seriya modelləri çeşidində M350 xDrive versiyası peyda olacaq. Bu, gələcək yeni nəsil 3-cü seriyasının yeni M Performance versiyasındakı sedanına işarə edir və o, M340i xDrive modelini əvəzləyəcək. Hazırda arxa ötürməli M Lite 3 Series modeli də mövcuddur, lakin onun varisinin buraxılması şanslarının olduğunu söyləmək çətindir.
3-cü seriyanın portfelinə iki tam elektrik versiyası də daxildir: i3 40 xDrive və i3 50 xDrive. BMW şirkətinin artıq 2027-ci ildə i3 sedanını ABŞ-a gətirəcəyini açıqladığını nəzərə alsaq, burada təəccüblü heç nə yoxdur.
Bu elektromobillərin texniki olaraq Şimali Amerikada bu yay satışa çıxarılacaq iX3 krossoveri ilə əlaqəli olacağı gözlənilir. Yeri gəlmişkən, 2027-ci model ilinin iX3 modeli üç versiyada təqdim olunur: 40 sDrive (arxa ötürməli), 40 xDrive və 50 xDrive.
Gözlənilənə görə, ilk iX4 də iki versiyada təklif ediləcək: 40 xDrive və 50 xDrive. Kupeşəkilli krossover arxa sərnişinlərin baş üzərində daha az məkana və daha maili dam xəttinə görə daha kiçik yük bölməsinə malik olsa da, bu ilin sonlarında iX3 modelinə daha zərif alternativ kimi debüt etməlidir.
2027-ci model ilinin lüks X5 krossoveri yaxın aylarda debüt edəcək. Təəccüblüdür ki, arxa ötürməli baza versiyası 40 sDrive indeksini qoruyacaq. BMW iX5 60 xDrive elektrik krossoverinin debütü də təəccüb doğürmamalıdır.
BMW hələlik yenilənmiş modeli təqdim etmədiyi üçün, internet mağazasında 7-ci seriya sedanının görüntüsü bulanıq şəkilədədir. Siyahıda 760i olmasa da, V8 mühərriki öz yerində qalır. M Performance indeksi olan yeni səkkiz silindrli M760 sedanının peyda olacağı da söylənilir. Təəssüf ki, V12 mühərrikinin geri qayıtması ehtimalı çox azdır, çünki o, yalnız Rolls-Royce modelləri üçün eksklüziv olaraq qalacaq.
Gözləniləndiyi kimi, Z4 və 8-ci seriya bu siyahıda yoxdur, çünki onların hər ikisi də bir neçə aydan sonra təqaüdə göndəriləcək.
Beləliklə, 2027-ci il modellərinin adlarını vaxtından əvvəl açıqlaması BMW şirkətinin tarixində nadir rast gəlinən bir haldır. Sızdırılan siyahı, çeşiddə çoxsaylı yeni və ya yenilənmiş modellərin olduğu zəngin proqramdan xəbər verir. Lakin bu son deyil.
Növbəti nəsil X7 modelinin gələn il 2028-ci il modeli kimi debüt edəcəyi gözlənilir. Üç cərgəli flaqman krossoverinin elektrik versiyası da işıq üzü görməlidir.
Yeni X6 modelinin debütü də yalnız zaman məsələsidir. Üstəlik, bu model də elektrik versiyasında təklif ediləcəkdir. Land Rover Defender və Mercedes-Benz G-Class ilə rəqabət aparacaq iri ofrouderin də “X” xəttində peyda olacağı barədə də şayiələr dolaşmaqdadır.
Deyilənə görə, o həm V8, həm də elektrik versiyalarında təklif olunacaq, baxmayaraq ki, onun debütü cari onilliyin sonuna təsadüf edə bilər. Bu vaxt ərzində ilk elektrik M modeli (M3 və X3 M) 2027-ci ilin sonuna qədər satışa çıxarılmalıdır.
© Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.









