BMW şirkəti yenilənmiş 1-Series və 2-Series modellərini təqdim etmişdir. Eyni zamanda, modellərin “qaynar” modifikasiyaları da yenilənməyə məruz qalmışdır. Hər iki seriyanın modellərinin zahiri görkəmində və salon tərtibatında müəyyən dəyişikliklər edilmiş və onların təchizatı genişləndirilmişdir.
Yenilənmiş BMW 1-Series hetçbekini cüzi dəyişdirilmiş işıq texnikasına görə seçmək mümkündür. Bundan başqa, avtomobilin rəng çeşidi Seaside Blue və Sunset Orange rəngləri ilə sayəsində genişləndirilmişdir. Əlavə olaraq, yenilənmiş model üçün beş dəst yeni təkər diskləri təklif edilir.
Avtomobilin salonunda baş vermiş dəyişikliklər yeni cihazlar panelindən və 8,8-düymlük displeyi olan təkmilləşdirilmiş multimedia sistemindən ibarətdir.
Eyni zamanda, salonun tərtibatında istifadə edilən materialların kefiyyəti yüksəldilmiş, öndə qapağı olan stəkanaltılar peyda olmuşdur. Yenilənmiş 1-Series modeli 109-136 at qüvvəsi gücü olan 1,5-litrlik üç silindrli mühərriklər, 184-224 at qüvvəsi arasında gücü olan 2,0-litrlik turbomühərriklər, həmçinin 116 at qüvvəli üç silindrli dizel aqreqatı və 150-224 at qüvvəsi arasında gücü olan dörd silindrli dizel mühərrikləri daxil edilmişdir. Avtomobilin “qaynar” M140i modifikasiyası əvvəlki kimi 340 at qüvvəli altı silindrli mühərriklə təklif ediləcəkdir.
Yenilənmiş BMW 2-Series modelləri də yeni işıq texnikası ilə (işıqdiodlarından hazırlanmış) və forması dəyişdirilmiş radiator barmaqlığı ilə təchiz edilmişdir.
Modelin rəng palitrasına Mediterranean Blue, Seaside Blue və Sunset Orange rəngləri əlavə edilmişdir. BMW 1-Series modelində olduğu kimi, 2-Series də yeni cihazlar panelini və iDrive sisteminin yeni variantını, həmçinin smartfonların naqilsiz doldurulması sistemini əldə etmişdir.
Modelin mühərrik çeşidi 1-Series hetçbeki ilə bənzərlik daşıyır.
BMW M2 modifikasiyası isə 370 at qüvvəsi və 500 Nm fırlanma anı hasil edən 3,0-litrlik turbomühərriki qoruyub-saxlamışdır.