BMW şirkəti yaranmasının 100 illik yubileyinə həsr etdiyi 7-Series flaqman sedanının «The Next 100 Years» indeksini almış modifikasiyasını təqdim etmişdir. BMW Individual bölümü tərəfindən məhdud sayda buraxılacaq bayraqdar sedanı, hibrid sistemi də daxil olmaqla üç müxtəlif növ ötürmə sistemi ilə təchiz ediləcəkdir. BMW 7-Series bayraqdar sedanının «yubiley» modifikasiyası 100 ədədlik tirajla istehsal ediləcəkdir. «The Next 100 Years» seriasından olan dəbdəbəli sedanlar BMW 740Le iPerformance və məişət elektrik şəbəkəsindən qidalanan BMW 740Le xDrive iPerformance hibridi, V8 mühərrikli BMW 750Li və BMW 750Li xDrive, və nəhayət V12 mühərrikli BMW M760Li xDrive modellərinin bazasında hazırlana bilər.

«Yubiley» seriyasından olan sedanlar BMW şirkətinin Dinqolfinqdəki müəssisəsində istehsal ediləcəkdir. Bu qəbildən olan avtomobillərin təchizatına xüsusi olaraq hazırlanmış 20-düymlük təkər diskləri,  yüksək kefiyyətli Merino dərisindən hazırlanmış «White Smoke» rəngli dəri salon, ağacla işlənmiş sükan çarxı, qara royal rəngnə boyanmış ağac işləmələr və BMW Individual bölümü tərəfindən təklif edilən geniş çeşiddə tərtibat komponentləri daxildir. Bundan başqa, 100 ədəd avtomobilin hər biri mərkəzi konsolda həkk olunacaq sıra nömrəsi ilə təchiz ediləcəkdir.

«Yubiley» seriyasından olan avtomobillərin kuzovu xüsusi hazırlanmış Centennial Blue metallik rənginə boyanacaqdır. Bundan əlavə, avtomobilin təchizatına xüsusi hazırlanmış Montblanc Meisterstück Skeleton avtomatik qələmi də daxildir ki, qızıldan perosu olan bu qələmin korpusu rodiumla örtülmüş və avtomobilin rəngi ilə bənzərlik daşıyanrəng çaları ilə boyanmışdır.

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt