BMW şirkəti X3 krossoverinin məhdud sayda buraxılacaq variantını təqdim etmişdir. BMW X3 Celebration Edition Blackout adını almış avtomobil alman markasının 100 illik yubileyinə həsr edilmişdir və yalnız Yaponiya bazarında təklif ediləcəkdir. Xüsusi seriyadan olan X3 modeli Yaponiyada 6980000 yenə satılacaqdır ki, bu da təxminən 68000 dollar edir.

"Tündləşdirilmiş" X3 Blackout modelinin istehsal tirajı 200 nüsxədə ibarət olacaqdır ki, bu avtomobillər BMW X3 xDrive 20d modelinin əsasında yaradılmışdır. Bildiyimiz kimi, 2,0-litrlik dizel mühərriki 184 at qüvvəsinə və 380 Nm fırlanma anına malikdir.

Güc aqreqatı ZF firmasının istehsalı olan 8-pilləli avtomatik sürətlər qutusu ilə birlikdə çalışır. BMW X3 Blackout modelinin əsas xüsusiyyəti onun zahiri tərtibatıdır.

Avtomobil eksklyuziv Sapphire Black rənginə boyanmış, qara rəngli radiator barmaqlığı və xüsusi dizaynı olan unikal təkər diskləri ilə təchiz edilmişdir.

Avtomobilin interyeri qara dəri ilə örtülərək cilalanmış alüminiumdan olan işləmələrlə bəzədilmişdir. Bundan əlavə, avtomobil standart olaraq M Sport idman dəsti ilə və BMW Individual bölümünün mütəxəssisləri tərəfindən hazırlanmış xüsusi aksessuarlarla təchiz edilir.

Xüsusi seriyadan olan avtomobillərin Yaponiyadakı satışları 6 avqust tarixində başlanacaqdır.

Image alt Image alt Image alt Image alt