BMW şirkəti özünün ilk öndənçəkişli modelləri olan 2-Series Active Tourer və onun yeddi yerli Grand Tourer kompaktvenlərinin yenilənmiş variantlarını təqdim edib. Baş vermiş əsas yenilik iki muftalı yeddi pilləli robotlaşdırılmış ötürmələr qutusunun tətbiqidir.
“Robot” bütün modifikasiyalar üçün altı pilləli mexaniki ötürmələr qutusuna alternative olaraq təklif ediləcəkdir. Yeganə istisna 231 at qüvvəli benzin (225i) və 190 at qüvvəli dizel (220d) mühərrikləri ilə təchiz edilən modifikasiyalardır. Bu modifikasiyalar səkkiz pilləli avtomatik ötürmələr qutusu ilə təchiz ediləcəkdirlər.
BMW 2-Series Active Tourer modelinin yenilənmiş variantının mühərrik çeşidinə 109, 140, 192 və 231 at qüvvəli benzin mühərrikləri, 116, 150 və 190 at qüvvəli dizel aqreqatları, həmçinin 224 at qüvvəli hibrid güc qurğusu daxildir. Hibrid gurğüsü və 231 at qüvvəli benzin mühərrik istisna olmaqla bütün mühərriklər Grand Tourer modeli üçün də əlçatan olacaqdır.
Bütün mühərriklər yenlənməyə məruz qalıbdır. Onlar başqa dirsəkli vallar və klapan ötürməsinə, həmçinin təkmilləşdirilmiş üfürməyə sahib olublar. Yenilənmiş modellərin dizel mühərrikləri his filtrləri və zərərli tullantıların səviyyəsini azaldan AdBlue karbamid məhlulunun çiləməsi sistemi ilə təchiz ediləcəkdirlər.
Modellərin eksteryerinin dizaynında da dəyişikliklər vardır: radiator barmaqlıqlarının ölçüsü böyümüş, bamperlər dəyişdirilmiş, əlavə ödənişlə minivenləri işıqdiodlarından fənərlər və LED duman əleyhinə işıqlarla təchiz etmək olar. Həmçinin, modellər üçün yeni çeşid təkər dizkləri də təklif edilir.
İnteryerdəki dəyişikliklər yeni cihazlar panelindən, yaxşılaşdırılmış tərtibat materiallarından ibarətdir. Səslə idarə etmə funksiyası olan multimedia sistemi üçün 6,5 və 8,8 düymlük sensorlu ekranları sifariş etmək olar. Yenilənmiş kompaktvenlərin Avropadakı satışlarına bu ilin mart ayında başlanılmalıdır.