BMW şirkəti qoşulan hibrid və elektromobillər xəttinin 2025-ci ilə qədər olan inkişaf planını açıqlayıb. Bu modellərin ən qabacılı, ümumi gücü 800 at qüvvəsi olan üç mühərrikli “bərkgedən” elektromobil olacaq. Modelin yürüş məsafəsi 700 kilometr olmalıdır.
Sənədə əsasən, istehsalçı 25 yeni model buraxacaqdır ki, bunlardan on ikisi tamamilə elektrik ötürməsi ilə hərəkətə gələcəkdir. Bu plana daxil olan ilk avtomobil, bir müddət bundan öncə təqdim edilən i8 Roadster modelidir. 2019-cu ildə ən qabaqcıl elektrik texnologiyaları ilə təchiz edilən ilk model buraxılacaqdır.
Bu elektromobil enerjinin saxlanmasının daha yüksək sıxlığına malik olan batareyalara və təkmilləşdirilmiş elektromotorlara sahib olacaqdır. Bu avtomobil elektriklə hərəkətə gələn Mini modeli olmalıdır. Bir ildən sonra BMW şirkəti X3 elektrik krossoverini, 2021-ci ildə isə, pilotsuz iNext modelini buraxmalıdır.
BMW elektromobillərinin əsasını, elektromotor, ötürmələr qutusunu və elektron komponentləri vahid alüminium blokda cəmləməyə imkan verən HEAT (High-integrated Electric Drivetrain) arxitekturası təşkil edəcəkdir. Bu sistem 60,90 və 120 kilovat-saatlıq (ən yüksək tutumlu batareyalar bayraqdar modellər üçün nəzərdə tutulub) tutumu olan batareyalardan qidalanacaq. Belə avtomobillərin yürüş məsafəsi 450, 550 və 700 kilometr olacaq. Ötürmə növündən asılı olaraq, elektromobillər 136 (öndən çəkişli) və ya 272 at qüvvəli (arxadan çəkişli) elektromotorlar ilə təchiz ediləcəkdirlər.
Opsional olaraq, tam çəkiş sistemi də təklif ediləcəkdir. Elektromobillər 100 km/saat həddinə altı - doqquz saniyəyə sürətlənəcək və dolu batareya ilə 300 kilometrdən artıq məsafə qət edəcəkdirlər.
“Bərkgedən” elektrokarlara üçə qədər elektromotor ( biri ön oxda, ikisi – arxa oxda) quraşdırılacaqdır. Onların ümumi gücü 800 at qüvvəsinin üzərində olmalıdır. Yerindən 100 km/saat həddinə belə avtomobillər üç saniyədən az müddətə sürətlənəcəkdirlər.