BMW şirkəti 3-Series modellərini üç xüsusi modifikasiyada təklif edir. Bunlar Edition Sport Line Shadow, Edition Luxury Line Purity və Edition M Sport Shadow modifikasiyalarıdır.
Edition Sport Line Shadow adını almış ilk modifikasiya fənərlərin, radiator barmaqlığının və alt hava girişlərinin qara haşiyəsi ilə seçilir. Eyni tərtibatı buraxılış sisteminin borularında və 18-düymlük təkər disklərində də müşahidə etmək olar.
Avtomobilin salonunda dəri və parça ilə örtülmüş oturacaqları, alüminiumdan elementləri olan karbon işləmələri və sədəf rəngli xrom zolaqları görmək olar. Salonun idman görkəmini yeni sükan çarxı və seçilən tikişləri olan yenilənmiş cihazlar paneli tamamlayır.
Edition Luxury Line Purity modifikasiyası isə, radiator barmaqlığının, hava girişlərinin, arxa bamperdəki xəttin, buraxılış sisteminin borularının və pəncərəxəttinin parlaq alüminiumdan hazırlanmış haşiyələri ilə seçilir. Bu modifikasiya 17-düymlük təkər diskləri ilə təklif edilsə də, opsional olaraq 19-düymlük disklərlə də təchiz edilə bilər.
Bu modifikasiyanın salonu qəhvəyi rəngli dəri, zərif ağac işləmələr və sədəf rəngli xrom xəttlərlə tərtib edilir.
Edition Luxury Line Purity modifikasiyası da idman görkəmini yeni sükan çarxını və seçilən tikişləri olan yenilənmiş cihazlar panelini əldə etmişdir.
Sonuncu, Edition M Sport Shadow nəşri ön və arxa fənərlərin qara rəngli tərtibatına, həmçinin eyni rəngli radiator barmaqlığını və buraxılış sisteminin çıxış borularını əldə etmişdir. Əlavə olaraq, avtomobil boz çəmbəri və cütlənmiş milləri olan 18-düymlük M təkər disklərinə sahib olacaqdır.
İnteryerin tərtibatında xrom və alüminiumdan işləmələri və seçilən tikişləri görmək olar. Qeyd etmək lazımdır ki, hər üç modifikasiya M aerodinamik dəstini, idman asqısını, həmçinin, M Sport dəstinə daxil olan, eksteryer və interyer üçün nəzərdə tutulmuş müxtəlif elementləri ilə təchiz edilirlər.