BMW şirkəti, «qaynar» M4 modeli də daxil olmaqla yenilənmiş 4-Series ailəsini təqdim etmişdir. Avtomobillərin kuzovunun dizaynı yüngül şəkildə dəyişdirilmiş, təchizatı artırılmış, asma və bir sıra güc aqreqatları yenidən işlənilmişdir.
Restaylinq keçmiş avtomobilləri, əvvəlki modellərdən ksenon fənərləri əvəzləmiş işıqdiodlarından hazırlanmış ön işıq texnikası və arxa LED-fənərlərin xəttləri sayəsində ayırd etmək olar. Bundan başqa, avtomobillərin ön hava girişlərinin və arxa bamperlərinin tərtibatı dəyişdirilmiş, baza avadanlığına işıqdiodlarından olan duman əleyhinə fənərlər əlavə edilmiş və opsiyalar siyahısına iki yeni rəng - mavi Snapper Blue və narıncı Sunset Orange, - boyaları daxil edilmişdir. Qeyd etmək gərəkdir ki, bu boyalar yalnız 4-Series modelləri üçün təklif edilir. Kupenin salonunda daha çox xrom aksentlərə və qara parlaq işləmələrə rast gəlmək mümkündür. Bundan başqa, interyerin tərtibatının yeni variantları və cihazlar panelinin günlüyünün ikili tikişi təklif edilir. Eyni zamanda, Professional multimedia sisteminin interfeysinin dizaynı da dəyişdirilmişdir: artıq menyunun maddələri iri işarələr şəklində əks olunur. Əlavə ödənişlə tənzimlənən rəqəmsal cihazlar panelini sifariş etmək olar.
Alman mütəxəssisləri 4-Series Coupe və 4-Series Gran Coupe modellərinin amsa sistemini yenidən baxışdan keçirmişdirlər. Nəticədə avtomobillərin asması daha sərt xarakteristikalara malik olmuşdur. Eyni zamanda, bu yeniliklərdən nəsibini alan nəinki baza modelləri olmuşdur: hətta M-asması və adaptiv şassiyə malik olan modellərin də asmalarının xarakteri dəyişdirilmişdir. BMW 4-Series modelləri üçün üç benzin (420i, 430i və 440i) və üç dizel güc aqreqatları (420d, 430d və 435d xDrive) təklif edilir. Birinci halda mühərriklərin gücü eyni səviyyədə - 184 - 326 at qüvvəsi diapazonunda qalsa da, ikinci halda 184 at qüvvəli mühərrikin gücü 190 at qüvvəsinə qədər artırılmış, top variantın gücü isə 313 at qüvvəsi təşkil edir. xDrive tam çəkiş sistemi ümumilikdə 12 modifikasiya üçün təklif edilsə də, ən güclü dizel modifikasiyası üçün standart olaraq təklif edilir. M4 kupe və kabrioleti üçün işıqdiodlarından fənərlər və rəqəmsal cihazlar paneli də daxil olmaqla eyni yeniliklər təklif edilir.