BMW şirkəti yeni nəsil 5-Series sedanı üçün nəzərdə tutlmuş M Performance idman aksessuarlar dəsti xəttini təqdim etmişdir. Yeni aksessuarlar dəsti sedana nəinki aqressiv görkəm verəcək, həmçinin təklif edilən aqreqatlarının gücünü artıracaqdır. Bu dəst BMW 550i xDrive modifikasiyası da daxil olmaqla bütün modifikasiyalar üçün əlçatandır.
Rəsmi məlumata görə, M Performance dəsti ilə təchiz edilmiş BMW 540i modeli 360 at qüvvəsi və 500 Nm fırlanma anına malik olacaqdır. Beləliklə, avtomobilin mühərriki 34 at qüvvəsi və 50 Nm daha güclü olacaqdır. Bundan başqa, sedan xrom və karbondan hazırlanmış elementləri də əldə edəcək. Qeyd etmək lazımdır ki, BMW 540i, BMW 540i xDrive, BMW 530i və BMW 530i xDrive modelləri üçün nəzərdə tutulmuş M Performance dəsti trapesiya şəkilli çıxış boruları olan paslanmayan polladdan hazırlanmış buraxılış sisteminin quraşdırılmasını da nəzərdə tutur. M Performance dəsti M Performance Power Kit sayəsində BMW 530d və BMW 530d xDrive dizel sedanlarını 27 at qüvvəsi və 30 Nm daha güclü edir.
Modofokasiyasından aslı olmayaraq M Performance dəstini almış bütün sedanlar 20-düymlük unikal təkər diskləri və qırmızı rəngli alüminium supportları olan idman əyləc sistemi ilə təchiz edilir. Bundan başqa, M Performance aksessuarlar dəsti BMW M idman və aerodinamik dəstinin quraşdırılmasını nəzərdə tutur. Bu dəstlərin tərkibinə yeni ön və arxa bamperlər, yan güzgülərin digər formalı gövdələri, arxa diffuzor və arxa spoyler daxildir. Aerodinamikanın bütün elementrləri karbondan hazırlanmışdır. BMW 5-Series M Performance sedanlarının salonunda yeni idman sükan çarxını, alkantara ilə üzləmələri və ötürmələrin edilməsi üçün sükanaltı “ləçəkləri” görmək olar.
Yeni aksessuarlar dəstinin təqdimatı bu günlərdə keçirilən Essen Motor Show 2016 tüninq sərgisində keçiriləcəkdir.