BMW şirkəti Mercedes-Benz S-Class Coupe modelinə rəqib olacaq dəbdəbəli kupeni hazırlamaq niyyətindədir. Bu məqsədlə bavariyalılar 8-Series modelini yenidən həyata qaytarmağı düşünürləe. Bu barədə alman istehsalçısının içərisindəki mənbələrinə əsaslanan Auto Express dərgisi məlumat yaymışdır. Britaniyalı jurnalistlərin söylədiyinə əsasən, alman şirkəti artıq gələcək ailəyə məxsus olacaq 825, 830, 835, 840, 845, 850, M850 və M8 kimi əmtəə nişanlarını qeydiyyatdan keçirmişdir.

Auto Express dərgisinin mənbəyi bu addımın sadəcə bu adlar üzərində sahiblik hüququnu qeydə almaqdan getmir - bu indekslər BMW 8-Series model cərgəsində olacaq real modelləri əks etdirir. Əvvəllər yeni kupe modelinin BMW şirkətinin Pininfarina ilə birgə hazırladığı Gran Lusso konseptinin dizayn üslubunda hazırlanacağı ehtimal edilirdi.

Dirçəldilmiş 8-Series modeli yeni nəsil 7-Series sedanının bazasında hazırlanacaq və 544 at qüvvəsi olan V12 mühərriki və səkkiz diapazonlu avtomatik sürətlər qutusu ilə təchiz ediləcəkdir.

Gran Lusso layihəsinin inkişaf etdiriləcəyi barədə heç bir məlumat yoxdur.