BMW şirkəti dirçəldilmiş 8-Seriya modelinin yeni tizerini dərc edib. Bu dəfə tizerdə dörd qapısı olan avtomobil təsvir olunub. Tizer alman markasının amerikan nümayəndəliyinin rəsmi Facebook səhifəsində peyda olubdur.
Kupenin carçısı olan konseptual avtomobil 2017-ci ilin yazında debüt edib. Prototip karbon kuzov elementlərinə, 21-düymlük təkər disklərinə, ön lazer fənərlərinə, həmçinin Barcelona Grey Liquid adlanan unikal rəngə malik olub. Bu ilin əvvəllərində yeni avtomobilin seriya variantının cəsus fotoşəkilləri dərc edilib. Bir müddət bundan əvvəl, alman istehsalçısı dirçəldilmiş 8-Series kupesinin seriya variantının arxa hissəsinin təsvir edildiyi tizeri də dərc edib.
Üstəlik, BMWBlog saytı M bölümünün Cenevrə avtosalonu üçün xüsusi konsept hazırladığını bildiribdir. Çox güman ki, bu gün tizeri yayılan prototip M GmbH tərəfindən hazırlanmış konseptdir.