BMW şirkətinin ictimayyətə üç turbokompressoru olan dizel mühərrikini təqdim etməsindən az müddət keçməsinə baxmayaraq, bu günlərdə Bavariyalı istehsalçı bu mühərrikin daha mükəmməl variantını Avstriyanın paytaxtı olan Vyana şəhərində keçirilən simpoziumda təqdim etmişdir. Təkmilləşdirilmiş mühərrik artıq üç deyil, dörd turbokompressorla təchiz edilmişdir. Yeni dizel güc aqreqatı Bavariya istehsalçısının bayraqdar modeli olan 7-Series sedanının mühərriklər qammasına daxil edilmişdir.
BMW 750d xDrive modelinin kapotunun altında yer alacaq 3,0-litrlik altı silindirli turbodizel mühərrikinin gücü 400 at qüvvəsinə bərabər olacaqdır. Mühərrikin fırlanma anı 760 Nm həddində qədər yüksəldilmişdir. Qeyd etmək qazımdır ki, mühərrik faktiki olaraq daha yüksək fırlanma anına malikdir. Lakin, istehsalçı fırlanma anını 760 Nm sviyyəsində məhdudlaşdırılmışdır ki, bunun da başlıca səbəbi səkkiz pilləli ZF avtomatik sürətlər qutusunun «həzm» edə bildiyi maksimum göstəricidir.
Təkmilləşdirilmiş mühərrikin çəkisi sələfinə nisbətən dəşilməz qalmışdır. Sadəcə olaraq Münhendən olan mütəxəssisləri iri turbinanı iki daha kiçik ölçülüsü ilə əvəz etmişdirlər. Dəyişikliklər sayəsində mühərrikin yanacaq sərfiyyatı və çəkisi 5 faiz azaldılmışdır.
Yeni mühərriklə təchiz edilmiş bayraqdan sedanı 100 km/saat həddinə 4,5 saniyəyə sürətlənə bilir. Sevindirici haldır ki, bü mühərrik Bavariya konserninin digər modelləridədə quraşdırılacaqdır. Buna misal olaraq, BMW X6 M50d və M550d xDrive modellərini göstərmək olar.