BMW şirkəti hərəkətdə olan avtomobilə yanacaq doldurmaq sistemini hazırlayıb. Bu sistemdən Ginnessin rekordlar kitabında qeydə alınacaq rekordun həyata keçirilməsi zamanı istifadə olunacaqdır. “Bərkgedən” M5 sedanı dayanmadan səkkiz saat drift edəcəkdir.

Ginnessin Kitabının qaydalarına əsasən, belə rekordları qeydə alan avtomobil yanacaq doldurmaq üçün dayanmaq hüququna malikdir. Buna səbəbdən də rekord cəhdi “dayanmadan sürüşmə” kimi qeydə alınır.

Lakin, BMW nümayəndələri belə driftin “cansıxıcı” olduğunu iddia edərək, yeyin yanacaq doldurma sistemini yaradıblar. Bu sistem 50 saniyə ərzində 56-68 litr arasında yanacaq doldurmaq iqtidarındadır. Rekordu yeni nəsil M5 modeli qeydə alsa da, onun “yanacaq çəni” rolunu əvvəlki nəsil M5 modeli oynayacaqdır. Bu zaman hər iki avtomobil yanaşı sürüşəcəkdirlər. Avtomobillər bir-birindən yarım metr uzaqlıqda hərəkət etməli olacaqdırlar.

Rekord yürüşü zamanı yeni M5 sedanının sükanı arxasında BMW şirkətinin amerikan sürücülük məktəbinin təlimatçısı Yohan Şvarts oturacaqdır. O, 2013-cü ildə dayanmadan driftlə 82 kilometr qət edib. Bir il keçdikdən sonra onun rekordu Toyota GT86 kupesini idarə edən Harald Müller tərəfindən (144 kilometr) yenilənmişdir. 2017-ci ildə isə yeni rekord qeydə alınıb – 5 saat 46 dəqiqə ərzində 165 kilometr drift məsafəsi qət edilib.