BMW şirkəti i3 elektrik avtomobilinin yürüş ehtiyatını 50 faiz artırmaq niyyətindədir. Yenilənmiş litium-ion batareyalar bloku, bu ilin yayında 2017-ci model ilinin hetçbekində debüt etməlidir. Bu barədə məlumatı Automotive News nəşrinə, bavariyalı istehsalçının marketinq və satış üzrə bölümünün rəhbəri İen Robertson vermişdir. Gözlənilir ki, i3 modelində tutmu artırılmış batareya, yenilənmiş proqram təminatı və yaxşılamdırılmış elektronika tətbiq ediləcəkdir. Hazırda BMW i3 avtomobilinin elan edilmiş yürüş ehtiyatı ABŞ-da 130, Avropada isə 160 kilometr təşkil edir. Beləliklə, yenilənmiş elektrokar batareyaları qidalanmadan 190-240 kilometr arasında məsafəni qət edə biləcəkdir.
BMW i3 modeli gücü 170 at qüvvəsi olan elektrik mühərriki və tutumu 22 kilovatt-saat olan litium-ion batareyalar dəsti ilə təchiz edilir. Modelin, həmçinin, iş həcmi 647 kub santimetr olan iki silindirli mühərrik ilə təchiz edilmiş variantı da vardır. Benzin mühərriki avtomobilin batareyalarını qidalandıraraq yürüş məsafəsini 300 kilometrə qədər artıqmaq imkanı yaradır.
Bundan öncə, alman şirkəti 2018 - 2019 illərdə elektrokarın yürüyüşünü artıracaq yeni nəsil batareyalarla təchiz ediləcəyini bildirmişdir. Çox güman ki, bavariyalı istehsalçı avtomobili əldə etmiş müştərilərinə köhnə tip batareyaların yenisinə əvəzləməyi təklif edəcəkdir.
Müqayisə üçün, 2016-ci ilin Nissan Leaf avtomobili, batareyalarının tutumunun 24-dən 30 kilovatt-saata artırılması sayəsində 250 kilimetr məsafə qət edə bilir. Yeni debüt etmiş Chevrolet Bolt avtomobili isə, 60 kilovatt-saatlıq batareyaları sayəsində 320 kilometr yürüş edə bilir.