BMW şirkəti xüsusi seriyadan olan i8 Protonic Dark Silver sportkarına yeni “yoldaş” hazırlamışdır. Bu elektriklə hərəkətə gələn velosipeddir. Lakin, bu o qədər də ucuz başa gəlməyəcək. Xatırlayırsınız isə, bir müddət bundan əvvəl Bavariyalı istehsalçı M2 kupesinə əlavə olaraq, 1500 ədəd tirajla istehsal ediləcək, Cruise M Bike Limited Edition velosipedini təqdim etmişdir.

BMW M2 kupesinə “yoldaşlıq” edəcək velosipedin satış qiyməti 1400 avro təyin edilmişdir. Əgər bu qiymət sizə baha gəlirsə onda yerinizdə möhkəm oturun - BMW i8 Protonic Dark Silver modeli üçün nəzərdə tutulan velosiped 3500 avroya satılacaqdır. Ədalət xatirinə söyləmək lazımdır ki, i8 Protonic Dark Silver üçün təklif edilən velosiped daha eksklyuzivdir – o, 300 ədədlik məhdud tirajla buraxılacaqdır. Xatırlatmaq istərdik ki, Cruise e-Bike velosipedi 10 pilləli ötürmə və 100 kilometr yürüş məsafəsini təmin edən 400 vattlıq batareyalarla təchiz edilmişdir. Velosipedin maksimum sürəti 25 km/saatdır. Əvəzlənə bilən batareyaların tam doldurulmasına üç saat yarım vaxt tələb olunur. 

Məhdud seriyadan olan velosipedlərin raması Protonic Dark , diskləri isə Electric Blue rənginə boyanacaqdır. Bundan başqa, bu velosipedlər, onların eksklyuziv statusunu müəyyən edən xüsusi emblem və sertifikatla təchiz ediləcəkdirlər. Əks halda adi BMW Cruise e-Bike velosipedinin qiymətinə əlavə olaraq 400 avronun tələb edilməsini necə izah etmək olar? 

Image alt Image alt Image alt Image alt Image alt Image alt