BMW şirkəti bu gün Madrid şəhərində işinə başlamış avtosalonda M4 «qaynar» kupesinin Competition Sport modifikasiyasını təqdim etmişdir. BMW M4 coupe və ekstremal BMW GTS modifikasiyaları arasındakı boşluğu dolduracaq, və yalnız İspaniyada satılacaq BMW M4 CS modifikasiyası məhdud sayda tirajla istehsal ediləcəkdir. Bildiyimiz kimi, BMW M4 idman kupesinin ekstremal variantı olan M4 GTS modelinin, 700 nüsxədən ibarət məhdud sayda tirajla buraxılması nəcərdə tutulmuşdur.
İspaniya bazarı üçü nəzərdə tutulmuş BMW M4 Competition Sport modifikasiyası 60 ədədlik tirajla buraxılacaq və 132900 avrodan başlayan qiymətlərlə satılacaqdır. Xatırladaq ki, adi BMW M4 kupesi İspaniyada 92099 avrodan başlayan qiymətlərlə təklif edilir. Xub, bəs əlavə 40800 avro ödəyərək siz nələri əldə etmiş olacaqsınız?
İlk növbədə Bavariyalı mütəxəssislər «qaynar» kupenin 3,0-litrlik altı silindirli mühərrikinin gücünü 25 at qüvvəsi artıraraq 450 at qüvvəsinə qədər yüksəltmişdirlər. BMW M4 GTS kupesində olduğu kimi, mühərrikin fırlanma anı yeddi pilləli iki muftalı robotlaşdırılmış sürətlər qutusu vasitəsi ilə arxa oxa ötürülür.
Ekstremal M4 GTS kupesindən fərqli olaraq, M4 CS modeli quraşdırılmış arxa oturacaqlar sayəsində daha sivil şərait təklif edir.
Digər tərəfdən BMW M4 CS modifikasiyası adi M4 kupesi ilə müqayisədə, çəkiyə 15 kiloqram qənaət etməyə imkan verən güclü karbn-saxsı əyləc mexanizmlərinə sahibdir. Yeni modifikasiyanın çəkisi barədə xəbər verilməsə də, çox güman ki, yeni avtomobil ağırlığı 1590 kiloqramlıq M4 ilə 1510 kiloqramlıq M4 GTS modellərinin arasında olacaqdır.
BMW şirkətinin İspaniya nümayəndəliyi M4 CS modelini GTS modifikasiyasından alınmış 20-düymlük disklərlə təchiz edəcəkdir. Lakin, BMW CS moledinin diskləri GTS modelindəkindən fərqli olaraq gümüşü rəngə boyanacaqdır.
Bütün avtomobillər M-şassi sistemi və M Performance tərəfindən karbondan hazırlanmış kuzov parçaları dəsti ilə standart olaraq təchiz ediləcəkdir. Bu dəstin tərkibinə ön spoyler, arxa antiqanad, yan güzgülərin korpusları, yan kandarlar və arxa diffuzor daxildir.
BMW M4 CS modelinin kuzovu ağ Brilliant White, mavi San Marino Blue və qara Jerez Black rənglərinə boyana bilər. Kuzovun rənginə uyğun olaraq interyerin tərtibatı da müxtəlif olacaqdır. İnteryerin tərtibatında da karbondan geniş istifadə ediləcəkdir. Bunlardan əlavə, avtomobilin təchizatına təkmilləşdirilmiş səs sistemi, proyekasiya displeyi də daxil olan geniş avadanlıq siyahısı daxil olacaqdır.
BMW M4 Competition Sport modelinə sifarişlərin qəbuluna yaxın vaxtlarda başlanacaqdır.