BMW şirkəti Las Veqasda keçirilən CES 2022 sərigisində iX elektrik krossoverinin Flow adlı konseptual versiyasını təqdim edib. Konseptin əsas xüsusiyyəti real zamanda kuzovun rəngini dəyişə bilməsidir. Bunun üçün salondakı düyməyə basmaq kifayətdir.
BMW iX Flow konseptinin kuzovu özündə insanın saç telindən qalın olmayan milyon mikroskopik kapsulu ehtiva edən və lazerin köməyi ilə kəsilmiş ePaper seqmentləri ilə örtülüb. Hər bi kapsulda mənfi yüklü ağ və müsbət yüklü qara piqmentlər var. Bu piqmentlər elektrostimullaşdırma zamanı səthdə “toplaşır” və avtomobili arzu edilən rəngə boyayırlar. E-Ink texnologiyasına malik olan elektronkitablarda olduğu kimi, yalnız monoxrom rəng çeşidi əlçatandır – qara və ağ, habelə onların çalarları.
Şəraitə və hətta sürücünün əhvalına uyğun olaraq rəngini dəyişən kuzov avtomobilin fərdiləşdirilməsi üçün yeni sahə deyil. Yaradıcılarının fikrincə, E-Ink enerjiyə qənaət edəcək: məsələn, isti havada ağ gövdə daha çox işığı əks etdirəcəkdir ki, bu da salonun soyudulmasına daha az enerjinin sərf olunacağı deməkdir. Bu texnologiyanın seriya avtomobillərində tətbiq olunacağı vəd edilsə də, belə opsiyanın nə zaman peyda olacağı dəqiqləşdirilməyib.
BMW şirkətinin CES 2022 sərgisində nümayiş etdirdiyi daha bir sürpriz Theatre Screen "avtomobil kinoteatrı" olub. Bu 8K təsvir icazəsinə, 32:9 formatına və 5G bağlantısına malik olan və avtomobilin ön oturacaqlarının arxasında yerləşdirilmiş 31-düymlük ekrandır.
Sərnişinlər müxtəlif axın xidmətlərindən, 30 dinamikli Bowers & Wilkins Diamond Surround Sound sisteminin məsul olduğu musiqidən, habelə maksimum rahatlığı təmin etmək üçün ekran və pəncərə pərdələrinin xüsusi mövqeyini tənizmləyən My Mode Theatre funksiyasından istifadə edə bilərlər.
Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.