BMW şirkəti yanvar ayında Las-Veqasda keçiriləcək məişət elektronikası sərgisində (CES) multimedia kompleksini və avtomobilin digər funksiyalaranı idarəetməyə imkan verən süzən taçskrin texnologiyasını nümayiş etdirəcəkdir.
HoloActive Touch adını almış mütərəqqi sistem idarəetməni heç bir səthə toxunmadan və yalnız jestlərin köməyi ilə həyata keçirəcəkdir. Yaradıcıların sözlərinə görə sistem, onun əsasını təşkil edən proyeksiya displeyinin, jestlərlə idarəetmə sisteminin və sensorlu ekranın üstünlüklərini özündə birləşdirir. BMW mütəxəssisləri detalları açıqlamasalar da, HoloActive Touch sisteminin iş prinsipini qismən açıqlamışdırlar. Gərək olan funksiyanı aktivləşdirmək üçün sürücü sanki havada asılı olan virtual düyməyə toxunur və xüsusi kamera əl hərəkətlərini qeydə alaraq müvafiq əmrləri verir. Bununla belə, mütəxəssislər, insanın müəyyən yollarla sistemlə əks əlaqə quracağını da bildirmişdirlər. Hazırda BMW şirkəti jestlərlə idarəetmə funksiyasından yeni 7-Series və 5-Series sedanlarında istifadə edir. Əl hərəkətlərinin köməyi ilə audiosistemin səsini dəyişmək və trekləri səhifələmək mümkündür.