BMW şirkəti yenidən bərpa edilmiş 8-Series kupesinin yarış varinatının tizerini dərc edib. Yeni yarış avtomobili 2018-ci ildə alman istehsalçısını dözümlülük üzrə dünya çempionatıda (WEC) təmsil edəcəkdir. Kupe həmçinin bu çempionatın mərhələlərindən biri olan “Le Manın 24 saatı” yarışlarında da iştirak edəcəkdir.

Yeni yarış avtomobilinin tizeri BMW şirkətinin yarış bölümünün Facebook social şəbəkəsindəki səhifəasində yerləşdirilib.  Bununla belə, BMW M8 GTE modeli haqqında ətraflı məlumat verilməyib. Dözümlülük üzrə dünya çempionatında M8 GTE modeli Ferrari 488, Ford GT, Porsche 911 və Aston Martin Vantage modelləri ilə rəqabət aparacaqdır. Bildiyimiz kimi, 8-Series modelinin carçısı olan konseptual kupe bu ilin mayında debüt etmişdi. 

Yenidən bərpa edilmiş 8-Series  alman istehsalçısının model xəttində 6-Series ailəsini edəcəkdir.  Yeni kupenin satışlarına 2018-ci ildə başlanacaqdır. 

Eyni zamanda, almanlar M8 modelinin də istehsal ediləcəyini təsdiqləyiblər. “Qaynar” kupe 600 at qücü hasil edən iki turbokompressorlu V8 mühərriki ilə təchiz ediləcəkdir.