Bu gün BMW şirkətinin M GmbH bölməsi 50 illik yubileyini qeyd edir: 24 may 1972-ci ildə zavod idman komandası kimi yaradıla bölmə, ilkin olaraq BMW Motorsport adlanırdı. İndiki qısaldılmış addan isə,rəsmi olaraq 1993-cü ildən bəri istifadə edilir. Yubiley ilində şirkət çoxlu sayda yeni M modellərini hazırlayır.
Ekstremal BMW M4 CSL kupesi artıq təqdim olunub, BMW M3 Touring universalı, yeni nəsil BMW M2 kupesi və BMW XM krossoveri isə yoldadırlar. Ad günündə isə, ən məşhur modellərin yubiley versiyaları təqdim olunub - bunlar BMW M3 50 Jahre Edition sedanı və BMW M4 50 Jahre Edition kupesidir.
Maraqlıdır ki, BMW M 50 Jahre Edition təchizatında olan avtomobillər üçün marketoloqlar satış bazarlarını dəqiq şəkildə bölüşdürüblər. Yubiley BMW M3 50 Jahre Edition sedanları yalnız ABŞ və Kanadada satılacaq və onların tirajı isə cəmi 500 nüsxə ilə məhdudlaşdırılacaqdır.
Qalan bazarlar üçün tirajında məhdudiyyət olmayan BMW M4 50 Jahre Edition kupesi nəzərdə tutulub. Lakin regiondan asılı olaraq, yubiley avtomobilləri üçün təklif edilən rəng palitrası dəyişəcəkdir.
Əslində, kuzovun rənglənməsi yubiley avtomobillərinin demək olar ki, başlıca xüsusiyyətinə çevrilib. Onlar üçün rənglər M bölməsinin tarixi palitrasından seçilib. Məsələn, Avropada qara, mavi, mavi, qırmızı və boz rənglər, təklif ediləcəkdirlər. Çində isə, pələng ilinin şərəfinə narıncı və tünd boz rəng aktual olacaqlar.
Başqa yubiley xüsusiyyətləri o qədər çox deyil. Bunlar təkərlərin xüsusi rəngi (19 düymlük ön və 20 düymlük arxa), kuzovdakı tarixi emblemlər, baqaj qapağındakı spoyler və BMW M3 sedanında qabaq bamperin altındakı böyüdülmüş splitterdən ibarətdirlər.
BMW M 50 Jahre Edition adı xüsusi versiyasının kandar lövhələrində, mərkəzi konsoldakı metal lövhədə, habelə oturacaq başlıqlardında mövcuddur. ABŞ-dakı alıcılar BMW M3 yubiley sedanı ilə birlikdə firma M-çamadanını əldə edəcəklər.
Texniki cəhətdən yubiley modelləri ilə standart avtomobillər arasında heç bir fərq yoxdur. Yubiley sedanları və kupeləri 3,0-litrlik biturbo mühərriki (480 və ya 510 at qüvvəsi), altı pilləli mexaniki və ya səkkiz pilləli avtomatik transmissiya, arxa və ya tam ötürmə sistemi ilə təklif olunurlar. Hətta karbon-keramik əyləclər və ya idman oturacaqları kimi opsiyalar üçün əlavə ödiş nəzərdə tutulub.
Yubiley M modellərinin istehsalına iyulda başlanacaqdır.
© Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.