BMW şirkəti 2-Series ailəsinin yeni fərdini hazırlamaq niyyətindədir. Alman istehsalçısı BMW 2-Series model xəttinə Gran Coupe adlı dördqapılı kupeni də əlavə etməyi düşünür. Yeni modifikasiya kupe variantına da olduğu kimi, «qaynar» M-variantında malik olacaqdır ki, onun da əsas rəqibləri Audi RS3 və Mercedes-AMG CLA 45 «bərkgedənləri» olacaqdır. Bu barədə məlumatı nüfuzlu Carscoops internet nəşri yaymışdır.
BMW M2 Gran Coupe modelinin kapotunun altında TwinTurbo Power texnologiyası ilə təchiz edilmiş 3,0-litrlik altısilindirli mühərrik yerləşəcəkdir. Hazırda bu turbomühərrik M2 kupesini hərəkətə gətirir və 370 at qüvvəsi gücə malikdir. BMW M2 kupesi 100 kilometr-saat sürətini 4,3 saniyəyə toplayır.
Bildiyimiz kimi, güc aqreqatı altı pilləli mexaniki və ya yeddi diapazonlu iki muftalı robotlaşdırılmış sürətlər qutusu ilə birgə çalışır. M2 kupesi arxadan çəkişli olduğu üçün, çox güman ki, sedan da eyni ötürməyə malik olacaqdır.
Ehtimallara görə, BMW M2 Gran Coupe modelinin debütü 2019-cu ildə baş tutmalıdır. Lakin, bu modelin «qaynar» olmayan modifikasiyasının 2-Series Gran Coupe modelinin nə zaman təqdim ediləcəyi barədə məlumat verilməmişdir. Eyni zamanda, Bavariya istehslçısının rəhbərliyi kuzov seçimində tərəddüd edir - yeni modelin sedan və ya liftbek kuzovu ilə buraxılması ətrafında müzakirələr davam edir.