Bu il BMW M3 «qaynar» sedanı yaradılmasının 30 illik yubileyini qeyd etməyə hazırlaşır. Bu əlamətdar hadisəni layiqincə bayram etmək məqsədilə alman istehsalçısı M3 modelinin «30 Years M3» adını almış xüsusi modifikasiyasını buraxmaq niyyətində olduğunu bildirmişdir. «Yubiley» seriyasından olan avtomobillər əlbəttə ki, məhdud saylı tirajla istehsal ediləcəkdirlər. Məhdud seriyadan buraxılacaq sedanların istehsalı alman şirkətinin Sloveniyadakı zavodunda həyata keçiriləcəkdir. Alman istehsalçısı avtomobili 500 ədədlik məhdud sayda tirajla buraxacağını bəyan etmişdir.
«Yubiley» seriyasından olan BMW M3 sedanları «30 Years M3» yazısı olan nişanları, qara parlaq rəngli kuzov işləmələri, M4 CS modelindən alınmış 20-düymlük xüsusi təkər diskləri, xromla örtülmüş buraxılış sisteminin boruları və xüsusi mavi rəngi ilə seçiləcəkdirlər.
«Qaynar» sedanların salonunda da diqqət çəkici məqamlar mövcuddur. Bunlara misal olaraq, başlıqlarında «30 Years M3» yazısı olan ikirəngli dəri ilə örtülmüş idman oturacaqlarını və karbondan hazırlanmış kandar lövhəciklərini göstərmək olar.
Faktiki olaraq, bu atomobillə yarışlarda belə iştirak etmək olar. BMW M3 «30 Years M3» sedanlarının kapotunun altında 450 at qüvvəsi gücü olan 3,0-litrlik altısilindirli TwinTurbo Power mühərriki yerləşmişdir. Güc aqreqatı altı pilləli mexaniki sürətlər qutusu ilə birgə çalışır.
Opsional olaraq, yeddi diapazonlu iki muftalı robotlaşdırılmış sürətlər qutusunu da sifariş etmək mümkündür. Yubiley seriayasından olan «qaynar» sedanlar yerindən 100 kilometr saat həddinə dörd saniyəyə sürətlənirlər.