BMW şirkəti Mercedes-Maybach modellərinə rəqib olacaq yeni dəbdəbəli model hazırlamaq niyyətindədir. Yeni avtomobil alman istehsalçısının model cərgəsində BMW 7-Series modelindən üst pillədə qərarlaşacaqdır. Bu barədə məlumatı Automotive News nəşrinə alman istehsalçısının texnologiyaların işlənib-hazırlanması və inkişafı bölümünün rəhbəri Klaus Froylix bildirmişdir. Alman mütəxəssis Ştutqartdan olan rəqiblərinə söz atmaqdan da çəkinməmişdir.

«Gələcəkdə biz, rəqiblərimizin yer aldığı və avtomobillərin dəyəri 150 min avrodan yuxarı olan seqmentdə çıxış etmək niyyətidəyik, - deyən Froylix davam etmişdir. - Bəziləri eyni avtomobili beş-altı növ təkər bazası ilə təklif edərək, onu çoxlu xromla bəzəməyi üstün tuturlar. Bu BMW şirkətinin seçdiyi yanaşma deyil».

Hal-hazırda Almaniyada təklif edilən ən bahalı BMW modeli  450 at qüvvəli 750Li xDrive flaqman sedanıdır. Düzdür, bu yaxında alman istehsalçısı daha dəbdəbəli 600 at qüvvəli 6,6-litrlik V12 Twin-Turbo mühərrikinə malik olan M760Li xDrive modelini təqdim etsə də, onun qiymətini açıqlamamışdır. 

Çox güman ki, BMW 9-Series adını alacaq ən dəbdəbəli sedan 2019-cu ildə işıq üzü görəcəkdir. Yeni model hibrid güc aqreqatı ilə bərabər iki turboüfürməli V8 və V12 mühərrikləri ilə təchiz ediləcəkdir.

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt