BMW şirkəti rəsmi olaraq yeni nəsil Z4 rodsterinin prototipini təqdim edib. Kaliforniyada keçirilən Pebble Beach Concours d’Elegance zəriflik müsabiqəsində debüt etmiş konsept gələn il seriyaya gedəcəkdir.

"BMW Concept Z4 bizim şirkətin avtomobillərinin zahiri görkəminin yeni üslubunu nümayiş etdirir", - qrupun şef-dizayneri Ədrian van Hoydonk bildirib. Onun sözlərinə görə, bu avtomobil seriya variantına çox yaxındır.

Yeni Z4 modelini alman istehsalçısı Toyota şirkəti ilə birlikdə hazırlamışdır. Yaponiyada Toyota şirkətinin avtomobili yenidən bərpa edilmiş Supra adı ilə satılacaqdır. Konseptin seriya variantı BMW tərəfindən hazırlanmış güc aqreqatları və elektronikaya, Toyota tərəfindən hazırlanmış asqı və əyləc sistemi də daxil olmaqla şassi elementlərinə sahib olacaqdır. 

BMW və Toyota sportkarlarının buraxılışı ilə Magna şirkəti məşğul olacaqdır. Avtomobiilərin istehsalına 2018-ci ildə Magna şirkətinin Avstriyadakı zavodunda başlanacaqdır. İldə hər iki markadan ibarət olan 60 min avtomobilin buraxılması planlaşdırılır.

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt