BMW şirkəti, bu gün qapılarını ziyarətçilərin üzünə açacaq SEMA 2017 tüninq sərgisində M Performance aksessuarlar dəsti ilə təchiz edilmiş M5, M3 30 Year American Edition və 440i Gran Coupe modellərini nümayiş etdirəcəkdir.

BMW 440i Gran Coupe modelinin eksteryerindəki dəyişikliklər karbondan hazırlanmış ön splitterdən, baqaj qapağının üzərində quraşdırılmış spoylerdən və səsboğucu sisteminin başlıqalrından ibarətdir.  Yeniliklərin ciddi xarakter daşımasına baxmayaraq M Performance aksessuarları avtomobilin görkəmini daha aqressiv edir. Dördqapılı kupenin interyerindəki dəyişikliklər eksteryerinə nisbətən daha ciddi xarakter daşıyır.

Yeniliklər mərkəzi konsolda, ötürmələr qutusunun selektorunda və cihazlar panelində quraşdırılan karbondan əlavələrdən ibarətdir.

Bundan əlavə, Gran Coupe karbondan işləmələri və kiçik displeyi olan M Performance sükan çarxına da sahib olub. Avtomobilin salonu və oturacaqları BMW Individual mütəxəssisləri tərəfindən qara rəngli alkantara və tünd-qəhvəyi dəri ilə örtülmüşdür.

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt

BMW M3 sedanının bazasında yaradılan ikinci avtomobil, M3 modelinin Amerika birləşmiş Ştatlarındakı 30 illik yubileyinə həsr edilib.  Yubiley seriyasından olan sedan BMW Group Designworks və BMW Individual bölümləri tərəfindən hazırlanmış  xüsusi Frozen Red rənginə boyanmış kuzova, qızılı rəngli M Performance disklərinə, həmçinin amerikan bayrağının rənglərinlə tərtib edilmiş salona malikdir. Bundan başqa, avtomobilin interyerində xüsusi seriyaya mənsubiyyətini bildirən emblemlər də mövcuddur.

Xüsusi seriyadan olan avtomobil tənzimlənən M Performance Sport asqısına, karbondan hazırlanmış arxa spoylerə və titandan hazırlanmış buraxılış sisteminə sahib olub. Avtomobilin interyerinin tərtibatında alkantara və yüksək kefiyyətli dəridən, həmçinin karbondan istifadə edilibdir.  BMW M3 30 Year American Edition modeli 444 at qüvvəli benzin mühərriki və 6-pilləli mexaniki ötürmələr qutusu ilə təchiz ediləcəkdir. Yeganə nüsxədə hazırlanan sedan sərgidən sonra satılacaqdır.

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt