BMW şirkəti Marko Vittmannın dünən Hokkenhaymrinqdə qazandığı DTM çempionatındakı ikinci titulunu layiqincə qeyd etmək üçün M4 DTM Champion Edition modelini hazırlamışdır. «Çempion» avtomobili 200 nüsxə ilə məhdudlaşan tirajla buraxılacaq və 148500 avrodan başlayan qiymətlərlə satılacaqdır.

BMW M4 DTM Champion Edidion modeli M4 GTS modifikasiyasından tanış olan su çiləmə sistemi ilə təchiz edilmiş 3,0-litrlik altı silindirli mühərriklə hərəkətə gələcəkdir.Bu mühərrik 500 at qüvvəsinə və 600 Nm fırlanma anına malikdir. Güc aqreqatı «bərkgedən» kupeni 100 km/saat həddinə 3,8 saniyəyə sürətləndirir. Kupenin maksimal sürəti 305 km/saatdır. BMW M4 DTM Champion Edition modifikasiyası xüsusi Apline White rənginə boyanmış və Bavariyadan olan yarış avtomobillərinə xas olan liveriya ilə bəzədilmişdir. Bundan başqa, kupe karbondan hazırlanmış təkmilləşdirilmiş aerodinamik kuzov dəsti, yüksək məhsuldarlıqlı karbon-saxsı əyləc mexanizmləri, iri arxa antiqanad və nadir tutqun rəngli təkər diskləri ilə təchiz edilir. Avtomobilin salonunda M Carbon yarış oturacaqlarını və M Sport dəstinə daxil olan çoxsaylı aksessuarları görmək mümkündür.  

Image alt Image alt Image alt