Bundan sonra, beşinci seriyadan başlayaraq bütün iri BMW modelləri belə “üzə” malik olacaqdırlar. Odur ki, bu “üzə” alışsanız yaxşıdır. Yeni dizaynın əsas cəhətləri çoxsaylı bucaqları olan iri “burunlar”, onların arasındakı emblemin yerləşdiyi çuxur və ikimərtəbəli işıq texnikasıdır.
Nümayişkarcasına göstərilən yuxarı işıqlar gündüz hərəkət işıqlarıdır, əsas fənərlər isə bir qədər aşağıda yerləşir və tünd rəngli yayıcıların köməkliyi ilə məharətlə gizlədiliblər. Belə dizayna malik olan seriya BMW modelləri 2022-ci ildə işıq üzü görməlidirlər.
BMW Concept XM konsepti də əmtəə modelinə çevriləcəkdir. BMW XM krossoveri bazara 2022-ci ilin sonunda çıxacaq və şirkət üçün əlamətdar avtomobillərdən biri olacaqdır. Bunun iki səbəbi var: birincisi, XM modeli M bölməsinin 50-illik tarixində “mülki” versiyası olmayan ilk orijinal avtomobil olacaqdır. İlk belə avtomobil 1978-1981-ci illərdə buraxılmış M1 kupesi olub. İkincisi, bu tarixdəki il M-hibridi olacaqdır.
BMW Concept XM prototipi X5/X6/X7 modelləri ilə eyni platformada inşa edilsə də, özünəməxsus kuzova malikdir. Uzun və nazik fənərləri olan arxa hissə də yeni şəkildə tərtib edilib, arxa şüşənin yuxarı hissəsindəki çıxıntı isə, birbaşa mühərrik bölməsinin belə formalı qapağı olan M1 modelinə işarədir. Alın şüşəsinin üstündə əlavə LED projektorlar quraşdırılıb, təkərlər isə 23-düymlükdürlər.
Konseptin interyeri iki rəng zonasına ayrılıb: öndə hübdür mərkəzi toneli olan ənənəvi kokpit, ikinci cərgədə isə bütöv yumşaq divanı olan M Lounge adlanan sahə var. Cihazlar panelinin və multimedia sisteminin vahid paneli iX və i4 modellərindən tanışdırlar, klimat-kontrolun pultu isə, havalandırma sisteminin mərkəzi deflektorları ilə birlikdə bir blokda birləşdirilib.
M Hybrid güc qurğusu barədə təfərrüatlar azdır. Benzin turbomühərriki və elektromotor birlikdə 750 at qüvvəsi və 1000 Nm hasil edirlər. Müqayisə üçün, hazırki X5 M Competition və X6 M Competition modellərində quraşdırılan 4,4-litrlik V8 turbomühərriki 625 at qüvvəsi v 750 Nm təklif edir. XM modeli sırf elektrik dartması ilə 80 kilometr məsafə qət edə bilər. Başqa güc qurğuları nəzərdə tutulmayıb.
Bir ildən artıqdır ki, ümumi istifadə sınanan kamuflyajlı prototiplərdən göründüyü kimi, seriya modeli konseptin bütün cəhətlərini irsən almayacaqdır. Bununla belə, ümumi nisbətlər saxlanılacaqdır. Seriya XM krossoverləri hazırda X3 modelindən tutmuş X7 modellərinə kimi istehsal edilən ABŞ-dakı zavodda buraxılacaqdırlar.
Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifiadə zamanı sayta istinad etmək mütləqdir.