BMW şirkəti üçüncü nəsil Z4 rodsterinin texniki xarakteristikaları və baza variantlarının təchizatı barədə tam məlumat verib. Üç güc aqreqatı ilə təklif edilən rodsterin kütləvi təqdimat mərasimi Parisdə keçiriləcək avtosalonda baş tutacaqdır.
Yeni BMW Z4 modelinin qabarit uzunluğu 4324 millimetr, eni - 1864 millimetr, hündürlüyü isə 1304 millimetrdir. Rodsterin təkər bazasının uzunluğu 2470 millimetrə bərabərdir. Beləliklə, yeni rodster sələfindən 85 millimetr uzun, 74 millimetr enli və 13 millimetr hündürdür.
Yeni modelin təkər bazasının uzunluğu isə əksinə olaraq 26 millimetr qısalıb. Çəkinin oxlar arasında ideal şəkildə bölünməsinə sahib olan rodsterin ön təkər izi 98 millimetr, arxa təkər izi isə 57 millimetr genişdir. Məlum məsələdir ki, Z4 modelinin ağırlıq mərkəzi də daha aşağıdadır.
BMW Z4 rodsterinin başlanğıc modifikasiyaları 2,0-litrlik dörd silindrli turbomühərriklər ilə təklif olunacaqdırlar. Məsələn, Z4 sDrive20i modeli 197 at qüvvəi və 320 Nm fırlanma anına malik olacaqdır. Bu model 100 km/saat həddinə 6,6 saniyəyə sürətlənəcəkdir. Z4 sDrive30i modifikasiyasının mühərriki 258 at qüvvəsi və 400 Nm fırlanma anı təklif edəcəkdir. İlk yüzlüyə model 5,4 saniyəyə sürətlənəcəkdir. Rodsterin top variant sayılan M40i modifikasiyası 340 at qüvvəsi və 500 Nm fırlanma anı hasil edən 3,0-litrlik altı silindrli turbomühərrikə malikdir. Top variant 100 km/saata həddini 4,5 saniyəyə toplayır.
Bütün güc areqatları səkkiz pilləli Steptronic Sport avtomatik ötürmələr qutusu ilə tandemdə çalışırlar. Qutu qısa aşağı ötürmələrə, lonç-kontrol funksiyasına və sükanaltı dəstəklərə malikdir. Z4 M40i modeli üçün nəzərdə tutulmuş qutu daha yeyin ötürmələri təmin edən proqram təminatına sahib olub.
Rodster standart olaraq işıqdiodlarından fənərlər, birləşdirilmiş başlıqları olan idman oturacaqları, hərəkət rejiminin üç mövqeyli düuməsi, güc və dömə bucağını dəyişən adaptiv sükan idarəetməsi, piyadaları aşkar edərək öndən qəzaların qarşısını alan sistem və zolağa nəzarət funksiyası daxildir. Rodsterin opsiyalar siyahısında M-Sport əyləc sistemi, adaptiv asqı, elektron qapanması olan differensial və Z4 M40i modelinin standart təchizatına daxil olan adaptiv işıqlar vardır. Model üçün tam dayanma funksiyası olan adaptiv kruiz-kontrol, arxa görüntü kamerası, park yerindən çıxma yardımçısı və proyeksiya displeyi ilə təchiz edilə bilər.
Yeni nəsil BMW Z4 rodsterinin satışlarına gələn ilin martında başlanacaqdır. Azərbaycanda belə avtomobillərin o qədər də populyar olmaması modelin yerli bazarda debüt edəcəyini şübhə altına qoyur.