BMW şirkətinin M bölümü Cenevrə avtosalonunda yenidən həyata qaytarılmış 8-Series kupesinin bazasında yaradılan yeni konsept avtomobilini nümayiş etdirəcəkdir.
İlkin məlumata görə, alman istehsalçısı 6,6-litrlik V12 mühərriki ilə təchiz edilən avtomobili təqdim edəcəkdir. Bu barədə BMWBlog saytı xəbər yayıb. Çox güman ki, on iki silinrli mühərrikdən başqa, konsept unikal eksteryer tərtibatına malik olacaqdır. Böyük ehtimalla, konseptin yaradılması zamanı təqdim edilməmiş M8 kupesi dizaynerlərin ilham mənbəyi olub.
Bir müddət bundan əvvəl bavariyalılar yeni 8-Series kupesinin tizerini və kamufljaya bürünmüş avtomobillərin fotoşəkillərini dərc edib. Buna baxmayaraq, yeni modelin texniki təfsilatı barədə məlumat verilməyib. Xatırladaq ki, ilin əvvəlində İnternet şəbəkəsində BMW 840i xDrive modelinin cəsus fotoşəkilləri peyda olmuşdur.