BMW şirkətinin rəhbərliyi Mercedes-Benz şirkətinin gələcək hiperkarı olan Project One modelinə rəqib olacaq yeni hiperkarın yaradılması barədə müzakirələr aparır. Bavariyadan olan hiperkarın da hibrid güc aqreqatı ilə təchiz ediləcəyi söylənilir.
Bununla belə, alman istehsalçısının rəsmiləri bu məlumatı nə təsdiq, nə də təzkib etmişdirlər. Yeni hiperkarın hazırlanması ətrafında gedən müzakirələr barədə məlumatı nüfuzlu Drive nəşri BMW M bəlməsinin başçısı Piter Kvintusa istinadən yaymışdır. Bavariya istehsalçısının yüksək vəzifəli menecerinin sözlərinə görə, hazırda şirkət belə avtomobillər üçün nəzərdə tutulmuş texnologiyalara malikdir. Kvintus, layihəyə «yaşil işıq» yandırıldığı andan, modelin hazırlanması işlərinə başlamağa hazır olduqlarını bildimişdir. O, eyni zamanda, bu layihənin böyük maliyyə vəsaitləri tələb etdiyini də vurğulamışdır.
Bir müddət öncə, alman istehsalçısının McLaren Automotive şirkəti ilə birlikdə karbondan hazırlanmış kuzovu olan yüksək məhsuldarlıqlı avtomobilin layihəsi üzərində çalışdığı bildirilmişdir. Lakin, iki il bundan əvvəl Bavariyalılar bu məlumatı təkzib etmişdilər.