«Automobile» dərgisi Bavariyalı premium avtomobil istehsalçısı olan BMW şirkətinin, 2020 ilin əvvəllərində yeni flaqman modelini təqdim edəcəyini bildirmişdir. Yeni flaqmanın indeksi açıqlanmasa da, jurnailstlər avtomobilin 9-Series kimi adlandırılacağını iddia edirlər. Onldarın fikrincə, yeni flaqmanın istehsalı üçün uzadılmış CLAR modul platformasından istifadə ediləcəkdir. Yeni flaqmanın 7-Series sedanından yeganə fərqi, onun «dördqapılı kupe» ban formaslına sahib olacağıdır.
Yeni avtomobilin qəti şəkildə dörd yerli olacağı da qeyd edilir. Məntiqə görə, yeni avtomobil, alman şirkətinin model cərgəsində 5,3 metrlik uzunluğu ilə BMW 7-Series və Rolls-Royce Ghost modelləri arasında yer tutmalıdır. Yeni avtomobil bir neçə növ güc aqreqatları ilə təchiz olunacaqdır ki, bunların sırasında altı silindirli mühərrikin əsasında yardılmış hibrid güc aqreqatından başlayaraq, 650 at qüvvəsi olan V12 (M9 və ya M960i adlanacaq) mühərrikindən tutmuş, bir neçə dizel və benzin mühərrikləri də yer alacaqdır.
Sonradan bi siyahıya tam elektrik mühərrikləri ilə hərəkətə gələn variant da qatıla bilər.
Təxminən bu ərəfədə, Bavariya istehsalçının digər yeni bir avtomobili də təqdim edəcəyi ehtimalı mövcuddur. Dərginin qeyd etdiyi kimi, D-seqmentinin nümayəndəsi olacaq yeni avtomobil elektriklə hərəkət edəcək və «yaşıl» model xətti olan i seriyasının fərdinə çevriləcəkdir.
Bu avtomobil tamamilə yenidən yaradılacaq və onun konstruksiyasında karbondan geniş istifadə olunacaqdır.
KİV-lərdə yeni modelin adının i5 olacağı bildirilsə də, «Automobile» dərgisi onun i6 adı ilə buraxılacağından əmindir.