BMW i8 hibrid idman avtomobilinin istehsalı başa çatıb və bavariyalılar bu əlamətdar hadisəni qey etmək üçün son 18 avtomobili unikal rənglərlə boyayamağa qərar veriblər.

BMW şirkəti 18 nüsxəlik final seriyasından olan i8 sportkarlarını nadir rənglərlə boyayıb: hibrid idman avtomobilinin altı illik istehsal müddəti ərzində bu boyalardan heç birindən istifadə olunmayıb. Bu qərar bavariyalılara çox baha başa gəlib: BMW tədarükçülərdən fərdi boya çalarları sifariş etməli və hər bir sportkarı əl ilə boyamalı olub. "BMW i8 istehsalını belə bir finalla tamamlamaqdan qürur duyuruq", - BMW Leypsiq zavodunun direktoru Hans-Peter Kemser bildirib. Son partiyadan olan sportkarlarının alıcılarının əksəriyyəti BMW i8 Club International klubunun üzvləridir.
Ən son BMW i8 avtomobili Portimao Blue rənginə boyanmış rodster olub. Modelin istehsalının 2020-ci ilin aprel ayında başa çatacağı güman edilirdi, ancaq koronavirus pandemiyası səbəbindən i8 modelinin həyat dövrü daha bir ay yarım uzadılıb. Hibrid idman avtomobili ön oxda quraşdırılmış elektrik mühərriki, 7,1 kilovat-saatlıq batareya və arxa oxu hərəkətə gətirən 1,5-litrlik üçsilindrli benzin turbomühərriki ilə təchiz edilirdi.