Üçüncü nəsil BMW X1 krossoverinin sınaqlarını düz iki il müşahidə etmişik - ilk casus şəkilləri 2020-ci ilin iyununda peyda olublar. Görünən odur ki, istehsalçı yeni modelin yaradılmasına cari krossoverin bir il öncə keçirilimiş yenilənməsindən dərhal sonra başlayıb. Bu gün isə, bavariyalılar X1 modelinin yenidən nəzərdən keçirilmiş versiyasını təqdim ediblər.
BMW X1 xDrive30e
Bavariyalılar X1 modelinin zahirən maksimal dərəcədə tanınan etmək istəyiblər. Eyni zamanda, onlar avtomobilin eksteryer dizaynını daha “dəqiq” və “proqressiv” ediblər. Krossover yeni bamperləri, radiator barmaqlığını, işıq texnikasını əldə edib və nisbətlərini qoruyub saxlayıb.
Sələfi ilə müqayisədə, yeni krossover 53 millimetr uzun, 24 millimetr enli və 44 millimetr hündür olub. Beləliklə, yeni X1 modelinin uzunluğu 4500 millimetr, eni - 1845 millimetr, hündürlüyü isə 1642 millimetrdir.
BMW X1 xDrive30e
Təkər bazası 22 millimetr, təkər izi isə 31 millimetr artırılıb. Güc qurğusundan asılı olaraq, baqaj 490-1600 litr arasında həcməı malikdir. Aeridamik müqavimət əmsalı - 0,26-ya bərabərdir.
BMW X1 modeli standart olaraq 17-düymlük təkər diskləri ilə təklif edilir. Lakin xLine və M Sport tərtibatına malik olan avtomobillər üçün 18-düymlük variantlar əlçatandır. İlk dəfə olaraq, X1 üçün opsional 20-düymlük disklər təklif edilir. Kuzovun rəng plaitrasında BMW Individual kataloqundan olan Frozen rəngi də daxil olmaqla, 12 çalar var.
BMW X1
Salondakı əsas yenilik səkkizinci nəsil əməliyyat sisteminə malik olan iDrive interyfeysinin vahid əyri ekranıdır. O, cihazlar panelinin 10,25-düymlük və muldtimedia sisteminin 10,7-düymlük displeylərini özündə birləşdirir.
Bundan başqa, X1 modeli çoxsaylı tənzimləmələri olan yeni oturacaqları alıb. Əlavə ödəniş müqabilində idman oturacaqlarını və yanacaqlı modellər üçün isə, 13 santimetrlik diapazonda tənzimlənən arxa divanı əldə etmək olar.
BMW X1 və iX1
Krossoverin standart təchizatı daha zəngin olub: ikizonalı klimat-kontrol, dəri ilə üzlənmiş idman sükan çarxı, naviqasiya, öndən toqquşmaların qarrşısını alan sistem, parkinq köməkçisi artıq “bazadadırlar”. Opsiyalar siyahısında - kontur işıqlandırması, panoram dam və Harman Kardon səs sistemi var.
Böyük X3 modeli kimi X1 krossoveri də tam elektrik versiyasını əldə edib. BMW iX1 xDrive30 modeli ümumi hasilatı 313 at qüvvəsi və 494 Nm olan ikimühərrikli güc qurğusu ilə hərəkətə gəlir. Elektrik krossoveri 100 km/saat həddini 5,7 saniyəyə toplayır və 180 km/saata qədər sürtlənir. BMW iX1 modeli dolu batareya ilə 413-438 kilometr (WLTP) məsafə qət edə bilər. Vizual olaraq elektrokarı mavi haşiyələr sayəsində tanımaq olar.
BMW iX1 xDrive30
Bundan başqa, model xəttində iki plagin hibrid də var: xDrive25e (245 at qüvvəsi, 477 Nm) və xDrive30e (326 at qüvvəsi və 477 Nm). Hər iki hibrid 1,5-itrlik üçsilindrli turbomühərrik (136 və 150 at qüvvəli) ilə təchiz olunur. Elektrik mühərriklərinin gücü isə, müvafiq olaraq, 109 və 177 at qüvvəsi təşkil edir.
100 km/saat həddinə sürətlənməyə hibrid krossoverlər müvafiq olaraq, 6,8 və 5,7 saniyə sərf edirlər. Maksimal sürət - 190 və 205 km/saatdır. Hər iki hibrid elektrik ötrüməsi ilə 78-89 kilometr arasında məsafə qət edə bilərlər.
BMW iX1 xDrive30
Plagin hibridlərin və elektrik versiyasının Almaniyadakı satışlarına noyabr ayında başlanmalıdır. Elektrik krossoveri 55 000 avroya, hibridlər isə 47 550 və 49 950 avroya başa gələcəklər.
Oktyabr ayında isə dörd yanacaqlı modelin satışına start veriləcəkdir. X1 sDrive18i (136 at qüvvəsi, 230 Nm) - 41 400, xDrive 23i (218 at qüvvəsi, 360 Nm) - 49 450, sDrive18d (150 at qüvvəsi, 360 Nm) - 43 950 və xDrive23d (211 at qüvvəsi, 400 Nm) 50 150 avrodan başlayan qiymətlərlə satılacaqlar.
Böyük benzỉn və dizel versiyaları 19 at qüvvəsi və 55 Nm hasil edən 48-voltluq startyor-generatoru olan “mülayim” hibridlərdir. Güc aqreqatları alternativsiz 7-pilləli “robot” ilə təchiz edilirlər.
ABŞ üçün hələlik 241 at qüvvəsi və 400 Nm fırlanma anı hasil edən 2,0-litrlik mühərrik və eyni transmissiya ilə təchiz edilmiş X1 xDrive28i versiyası bəyan edilib. Belə krossover 38 600 dollara başa gələcəkdir.
© Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.