BMW şirkətinin avtomobil və motosikllər istehsal etdiyi hər kəsə məlumdur. Bu günlərdə alman istehsalçısı gücü yeni sahədə sınamaq qərarına gəlib və X2City adlı elektrik skuterinbi təqdim edib.
Skuter 25 kiloqram çəkiyə malikdir və 25 km/saat həddinə qədər sürətlənir. İstifadə rejimindən aslı olaraq, skuter 25-35 kilometr arasında yürüş məsafəsinə malikdir. Skuter arxa təkərə quraşdırılmış və 408 vatt-saatlıq akkumulyatordan qidalanır. Skuterin sürəti beş səviyyədə tənzimlənir: 8, 12, 16, 20 və 25 km/saat.
Bu tənzimləmələrdən skuter 6 km/saat sürətində çatdıqdan sonra istifadə etmək olar. Səbəb – təhlükəsizlikdir.
Batareyaların adi məişət elektrik şəbəkəsindən doldurulmasına 2,5 saat gərəkdir. Skuter Kettler onlayn-mağazası vasitəsi ilə satılacaqdır. BMW X2City modelinin qiyməti 2500 avro təşkil edir.