Alman istehsalçısı dördüncü nəsil X3 krossoverini təqdim edib. Yeni modelin sələfi olan G01 indeksli X3 krosoveri 2017-ci ildə işıq üzü görüb və çox populyar olub: keçən il 350 min avtomobil satılıb, istehsal həcminə görə isə o, ənənəvi üçüncü seriyadan sonra ikinci BMW modelidir. Almanlar G45 nəslindən olan yeni krossoveri müasir BMW avtomobillərinin bütün xüsusiyyətləri ilə təmin ediblər.

Almanlar yeni BMW X3 modelinin görünüşünü monolit adlandırsalar da, markanın tanınan nisbətləri və xarakterik xüsusiyyətlərini qoruyub saxladığını bildirirlər. Dövrün əlamətlərinə şaquli və diaqonal zolaqların qəribə birləşməsinə malik olan böyük burun dəlikləri, “batırılmış” qapı tutacaqları və nazik arxa fənərlər daxildir. Buraxılış sisteminin çıxış borularının kvarteti yalnız ən güclü top versiyada var, bütün digər versiyalarda isə, onlar bamperin altında gizlədiliblər.

Mühəndislər aerodinamika üzərində işləyiblər: baza versiyasının Cx əmsalı 0,29-dan 0,27-yə endirilib. Kuzov rənglərin çeşidinə doqquz variant daxildir və BMW Individual proqramı on beşdən çox boyanı təklif edir. M Sport paketi eksteryerə daha çox aqressiya bəxş edir.

M Sport Pro dəsti isə, burun dəlikləri üçün kontur işıqlandırmasını və qırmızı əyləc mexanizmlərini ehtova edir. Təkər disklərinin diametri 18 ilə 21 düym arasındadır. Yaylı asqısı olan şassi prinsipcə dəyişməyib.

Yeni BMW X3 krossoveri sələfindən böyükdür: onun uzunluğu 47 millimetr (4755 millimetr), eni isə, 29 millimetr (1920 millimetr) artıb. Eyni zamanda, krossoverin hündürlüyü 16 millimetr (baza versiyasında 1660 millimetr) azalıb.

Təkər bazası simvolik olaraq 1 millimetr artaraq 2865 millimetrə çatıb. Bəyan edilmiş klirens 204-dən 216 millimetrə qədər artırılıb. Baza krossoverinin boş çəkisi 1800-dən 1855 kiloqrama yüksəlib. Baqajın həcmi ikinci cərgənin arxasında 550 litrdən 570 litrə, arxa cərgə qatlandıqda isə, 1600 litrdən 1700 litrə qədər artırılıb.

İnteryer artıq müasir BMW avtomobillərindən tanış olan üslubda hazırlanıb. Ön paneldə cihazlar paneli və iDrive media sisteminin ekranları olan əyri blok var. O, QuickSelect sürətli giriş menyusunu dəstəkləyən BMW OS 9 əməliyyat sistemi ilə işləyir, üçüncü tərəfin proqramlarını, Apple CarPlay və Android Auto protokollarını quraşdırmaq imkanı təklif edir.

Fiziki düymələrin sayı minimuma endirilib,  onları ön panelin mərkəzində yerləşən BMW InteractionBar LED zolağına quraşdırılmış sensorlar əvəzləyiblər.

Mərkəzi konsolun yerində smartfonları doldurmaq üçün iki meydança var: transmissiyanın miniatür coystiqi mərkəzi tuneldə qalıb. Ön qapılarda kontur işıqlandırmasının sensorlu pultlaarı yerləşən böyük dekorativ elementləri peyda olub.

Yeni BMW X3 modeli artıq bazada elektrik ötürməsi və qızdırılma furnskiyası olan süni dəri ilə üzlənmiş idman oturacaqları ilə təchiz edilir. Əlavə ödəniş müqabilində interyeri Veganza və ya Merinos dərisi, həmçinin ön paneli və qapıların üst hissəsini yüksək keyfiyyətli təkrar emal edilmiş materiallar ilə örtmək mümkündür.

BMW şirkəti yeni X3 modelində modifikasiyalar üçün yenidən işlənmiş indeksləşdirmə sistemini tətbiq edib. Birincisi, benzin versiyalarında artıq “i” hərfi olmayacaq, ikincisi, hərf və rəqəmlərin ardıcıllığı dəyişdirilib.

Məsələn, indiyə qədər baza versiyası X3 xDrive20i adlanırdısa, yeni nəsildə bu, X3 20 xDrive kimi gedir. Baza krossoveri 2,0-litrlik “turbodördlük” (190 at qüvvəsi, 310 Nm) ilə təchiz edilib. 

BMW X3 20d xDrive versiyası 197 at qüvvəsi 400 Nm hasil edən 2,0-litrlik turbodizelə malikdir. Hər iki mühərrik 48 voltluq hibrid üstqurumu və səkkiz pilləli avtomatik transmissiya ilə təchiz edilir. Benzin varinatı 100 km/saata 7,8 saniyəyə, dizel versiyası isə, 7,7 saniyəyə sürətlənir.

BMW X3 30e xDrive plagin hibridi həmçinin 2,0-litrlik benzin turbomühərrikinə (190 at qüvvəsi, 310 Nm) əsaslanır və ona avtomatik transmissiyaya quraşdırılmış elektrik mühərriki (184 at qüvvəsi, 250 Nm) kömək edir. 

Hibrid qurğunun ümumi hasilatı 299 at qüvvəsi və 450 Nm təşkil edir və krossoveri 100 km/saata 6,2 saniyəyə sürətləndirir. 19,7 kilovat-saat tutumlu litium-ion dartma batareyası 90 kilometr sırf elektrik məsafəsi üçün kifayət edir və onu 11 kilovatlıq bort şarj cihazından istifadə etməklə doldurmaq olar.

Başlanğıc çeşidinin zirvəsində 3,0-litrlik altısilindrli turbomühərrik (381 at qüvvəsi, 540 Nm) ilə təchiz edilən BMW X3 M50 xDrive modeli dayanır. 48 voltluq elektrik mühərrikini nəzərə alsaq, ümumi hasilat 398 at qüvvəsi və 580 Nm təşkil edir. 

Belə bir krossover 100 km/saata 4,6 saniyəyə sürətlənir, onun maksimal sürəti isə, 250 km/saat həddində məhdudlaşdırılıb. Güclü mühərrik ilə yanaşı, top versiya səkkiz pilləli avtomatik transmissiya, asqı və əyləclərin idman tənizmləmələri, həmçinin elektron idarə olunan arxa diferensialın mövcudluğu ilə öyünə bilər. 20-düymlük M təkər diskləri standart avadanlıqdır.

Yeni X5 krossoverilərinin ABŞ-ın Spartanburq və Cənubi Afrika Respublikasının Rosslin şəhərindəki istehsalına payıza yaxın başlanmalıdır. Yeni BMW X3 Avropa və ABŞ bazarlarına dördüncü rübdə çıxarılmalıdır, lakin qiymətlər artıq məlumdur: Almaniyada baza krossoverinin qiyməti 57 900 avrodan başlayır, M50 versiyası üçün isə, ən azı 82 500 avro tələb olunur. 

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt

Gələn ilin yayında altısilindrli turbodizel ilə hərəkətə gələn krossoverin debütü vəd edilib. Lakin kupe formalı BMW X4 artıq bu seriyada olmayacaq: onu qismən ölçüləri böyümüş BMW X2 modeli əvəz edəcək.

@ Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Məqalədən istifadə zamanı sayta istinad etmək mütləqdir.