Əvvəlki nəsil BMW X3 və indiki nəsil BMW X4 krossoverlərini birləşdirən ümumi cəhət təkcə platforma və mühərriklər deyil, həmçinin «bərkgedən» M versiyalarının olmaması idi.
X3 krossoverinin ən güclü variantı 313 at qüvvəli 3,0-litrlik dizel mühərriki ilə təklif edilən modifikasiya idi. X4 kupe-krossoveri isə M40i modifikasiyasında 360 at qüvvəli benzin turbomühərriki ilə təklif edilirdi. Lakin, yaxın zamanlarda bu çatışmamazlıq aradan qaldırılacaqdır - hər iki krossover M variantında təklif ediləcəkdir. Artıq BMW X3 M modelinin prototiplərinin sınaqları intensiv şəkil almışdır. Bu günlərdə ilk dəfə olaraq, G02 indeksli X4 M krossoverinin də prototipi cəsuslara rast gəlib. Kamuflyja bürünmüş seriya kuzovunun altında yeni platforma gizlənibdir.
İnsyaderlərin bildirdiyinə görə, X4 krossoverinin ikinci nəsli sələfindən uzun və enli olacaqdır. BMW X4 M modeli standart olaraq qoşulan tam çəkiş sisteminə və səkkiz pilləli avtomatik transmissiyaya sahib olacaqdır.
M-versiya özünəməxsus tənzimləmələri olan sükan idarəetməsi, klirensi azaldılmış asqı və havalandırmalı diskləri və altıporşenli mexanizmləri olan əyləc sistemi ilə təchiz ediləcəkdir.
Adi BMW X3 G01 krossoveri kimi, yeni X4 və X4 M modelləri CLAR modul platformasında inşa ediləcəkdirlər. Şayiələrə görə, «bərkgedən» krossoverlər M40i modelində istifadə edilən 3,0-litrlik B58 mühərrikinin əsasında yaradılmış yeni 3,0-litrlik biturbo S58 mühərrikinə sahib olacaqdırlar. Güc aqreqatının hasilatı 450 at qüvvəsindən və 600 Nm fırlanma anından üstün olmalıdır.
Adi BMW X4 modelinə üstünlük verənlər 184 - 252 at qüvvəli 2,0-litrlik dörd silindrli mühərriklərdən və 190 at qüvvəli 2,0-litrlik və 265 at qüvvəli 3,0-litrlik turbodizeldən birini seçə bilərlər.